Accessibility links

Zbiqnev Bjezinskinin siyasi irsi


Polşa mənşəli Amerika diplomatı Zbiqnev Bjezinski son mənzilə yola salındı. Bjezinski prezident Cimmi Karter dövründə 1977-ci ildən 1981-ci ilə qədər milli təhlükəsizlik məsələləri üzrə müşavir, bundan əvvəl isə Amerika prezidentləri Lindon Conson və Con Kennedinin müşaviri olub. Beynəlxalq ekspertlər Bjezinskinin ABŞ-ın xarici siyasətinin formalaşmasında böyük rolu olduğunu deyir.

1976-cı ildə yeni seçilmiş prezident Cimmi Karter milli təhlükəsizlik məsələləri üzrə müşavirinin adını açıqladı.

“Kolumbiya universitetinin siyasi eksperti Zbiqnev Bjezinski”.

Bu seçim çoxlarını təəccübləndirmədi. Karterin seçki kampaniyasının müşaviri kimi Bjezinski onun qələbəsinə kömək etmişdi.

“Karter və Bjezinski ümumi dil tapa bilmişdi. Karter Bjezinskiyə çox inanırdı. Bjezinski də prezident olmazdan əvvəl Karterə xarici siyasət işlərini öyrədirdi.”

Klaus Larres Şimali Karolina universitetində beynəlxalq münasibətlər professorudur.

Varşavada anadan olan Bjezinski 1958-ci ildə Amerika vətəndaşı olmuş və özünü sərt siyasi kurs tərəfdarı kimi göstərmişdir. Onun anti-sovet mövqeyi ABŞ-ın xarici siyasət kursunun formalaşmasına kömək etmişdir.

“Kissincerlə birlikdə o, həqitətən də 1960-cı, 70-ci və 80-ci illərdə Amerikanın xarici siyasətini formalaşdırmışdır,” Klaus Larres bildirib.

Milli təhlükəsizlik məsələləri üzrə müşavir kimi Bjezinski Karter administrasiyası dövrü ABŞ-ın xarici siyasət sahəsində əsas qərarlarının çıxarılmasında iştirak edib. Buraya Panama sazişi ilə bağlı müzakirələr, Əfqanıstanda sovet işğalına qarşı mübarizədə mücahidlərin silahlandırılması və İranda girov saxlanan 52 amerikalı girovun azad edilməsi üçün baş tutmayan missiyanın hazırlanması daxildir.

Klaus Larren: “O əslində Karteri bu xilasetmə missiyasına başlamağa təşviq etmişdi. Əlbəttə, xilasetmə missiyasını yerinə yetirən vertolyotların qəzaya uğraması nə Bjezinski, nə də Karterin günahı deyidi. Bunun siyasi qərarın verilməsi ilə əlaqəsi yox idi, amma onlar bunun acı nəticələrindən əlbəttə ki qaça bilmədi.”

Bjezinski həmçinin Kemp Deyviddə danışıqların keçirilməsində iştirak etmişdi. Larres bunu Karter administrasiyasının ən böyük uğurlarından biri adlandırır.

Zbiqnev Bjezinski mayın 26-da vəfatına qədər professional səhnədə fəal olaraq qalmışdı. O, kitablarını nəşr etdirir, siyasi şərhlər verirdo. 2009-cu ildə Amerikanın Səsinin Ukrayna xidmətinə müsahibəsində Kiyev liderlərinə Moskvanın təsiri altına düşməklə bağlı xəbərdarlıq etmişdi. “Bu gün biz Ukraynada xarici maraqları ödəyən, yəni ölkənin sərvətindən öz xeyrinə istifadə edən və Ukrayna milli demokratiyasının formalaşmasına sadiq olmayan bir oliqarx elita görürük.”

Bjezinski habelə Birləşmiş Ştatlara qlobal liderlik mövqeyindən çəkilməmək barədə xəbərdarlıq edərək, bunun dünya boyu qarışıqlıq və qeyri-sabitlik yarada biləcəyini deyib.

XS
SM
MD
LG