Accessibility links

Zelenski parlamenti tibbi marixuananın leqallaşdırılmasına çağırıb


Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada çıxışı zamanı tibbi marixuananın leqallaşdırılmasına çağırıb. Onun dediklərini "Ukrainska Pravda" açıqlayıb.

Keçən ilin yayından bəri Ukrayna parlamentində narkotik əsaslı maddələrin leqallaşdırılmasını təklif edən qanun layihəsi var.

Onun fikrincə, nə qədər mürəkkəb və ya qeyri-adi olsa belə, ən yaxşı dünya təcrübələri və onların həll yolları Ukraynada tətbiq edilməlidir ki, Ukrayna vətəndaşları müharibənin ağrı-acısına, stresinə və travmasına dözə bilsin.

"Biz nəhayət ehtiyacı olan hər kəs üçün narkotik əsaslı dərmanları qanuniləşdirməliyik. Bu, müvafiq elmi araşdırmalar və nəzarət edilən Ukrayna istehsalı olmalıdır" - deyə, Zelenski bildirib.

BBC-nin Rus Xidməti yazır ki, Ukraynada bununla bağlı ilk ciddi təşəbbüs 2016-cı ildə edilib və o, keçmiş səhiyyə naziri Oleq Musiydən gəlib. Lakin son anda geri çəkilib.

Bildirilib ki, Zelenski 2019-cu il seçki kampaniyası zamanı tibbi marixuananın leqallaşdırılmasını dəstəklədiyini desə də, altı ay sonra verdiyi vəddən geri çəkilib.

XS
SM
MD
LG