Accessibility links

Zelenski Qranadada keçirilən zirvə toplantısına qatılıb 


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın əsassız işğalını dəf etmək üçün mübarizə aparan Ukraynaya daha çox hərbi yardımın təmin edilməsi səylərini gücləndirmək məqsədi ilə Avropa liderlərinin İspaniyanın Qranada şəhərində keçirilən zirvə toplantısına qatılıb.

Zelenski və daha 46 dövlət başçısı oktyabrın 5-də İspaniyanın cənubundakı şəhərdə Avropa Siyasi Birliyinin üçüncü iclasında görüşür. Bu, Avropa İttifaqının 27 üzvü, eləcə də dünyanın 20 ölkəsi və Qafqaz arasında siyasi mübadilələrin aparılması üçün unikal bir forumdur.

"Bizim ortaq məqsədimiz ümumi Avropa evimizin təhlükəsizliyini və sabitliyini təmin etməkdir" - deyə, Zelenski əvvəlllər Twitter olan X səhifəsində yazıb.

"Biz tərəfdaşlarla Avropanın təhlükəsizlik arxitekturasının, xüsusən də regional təhlükəsizliyin gücləndirilməsi üzərində işləyirik. Ukraynanın bununla bağlı əsaslı təklifləri var" - deyə, Zelenski əlavə edib və Ukraynanın əsas prioritetinin qış mövsümü başlamazdan əvvəl hava hücumundan müdafiəsini gücləndirmək olduğunu bir daha təkrarlayıb.

Keçən qış Rusiya Ukraynanın enerji infrastrukturunu amansızcasına vurub və bu, Ukraynanın mülki əhalisi üçün səfalət və iztirablara səbəb olub.

Zelenskinin səfəri regional hakimiyyət orqanlarının son 24 saat ərzində Rusiyanın atəşi nəticəsində üç dinc sakinin - biri Donetsk vilayətində, ikisi isə Xerson şəhərində həlak olması barədə məlumat verdikdən sonra baş tutub.

Keçən ilin fevral ayında Ukraynaya səbəbsiz işğalından sonra Ukrayna şəhərləri və enerji infrastrukturuna pilotsuz təyyarələr və raketlərlə saysız-hesabsız ölümcül zərbələr endirən Rusiyanın hətta Moskva belə olmaqla, son aylar sərhədə yaxın bölgələri tez-tez hava və dəniz pilotsuz təyyarələrinin hücumlarına məruz qalır.

Oktyabrın 4-də Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Ukraynanın 31 pilotsuz təyyarəsini vurduğunu və diversantlar daşıyan Ukrayna qayığının Krıma daxil olmasının qarşısını aldığını iddia edib. Məlumatı müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Forum

XS
SM
MD
LG