Accessibility links

Zelenski və Ərdoğan Mariupoldan mülki şəxslərin təxliyəsi məsələsini müzakirə ediblər


Ukrayna prezidenti Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla hazırda Rusiya qüvvələri tərəfindən mühasirədə olan Mariupol şəhərindən mülki əhalinin təcili təxliyyə edilməsinin vacibliyi məsələsini müzakirə etdiyini bildirib.

Zelenskinin bildirdiyinə görə, Türkiyə prezidenti ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar ərəfəsində o, Ərdoğanla Mariupoldan, o cümlədən Ukrayna hərbçiləri tərəfindən qorunan Azovstal zavodunda olanların evakuasiyası barədə danışıb.

Ukrayna prezidentinin Twitter səhifəsində yazdığına görə, Ərdoğanla söhbətində o, Azovstal da daxil olmaqla, Mariupoldan mülki əhalinin dərhal təxliyyə edilməsi, eləcə də blokadaya alınmış qoşunların dərhal mübadiləsinin zəruriliyini vurğulayıb.

NATO üzvü olan Türkiyə həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidentinin ofisindən verilən məlumata görə, telefon söhbəti zamanı Ərdoğan həmçinin vəziyyətin hər gün daha faciəvi xarakter alması ilə Mariupoldan yaralıların və dinc sakinlərin evakuasiyasının təmin edilməsinin vacibliyini vurğulayıb.

“Prezident Ərdoğan danışıqlar zamanı mümkün olan hər cür yardımı göstərməyə və vasitəçilik səyləri də daxil olmaqla lazımi dəstəyi təklif etməyə hazır olduğunu bildirib”, Ankaranın bəyanatında deyilir.

Zelenski şənbə günü Ukraynanın ABŞ-ın ölkənin təhlükəsizliyinin qarantlarından biri olmasını istədiyini bildirib.

Ukrayna və Türkiyə prezidentləri arasında telefon söhbəti Zelenskinin Kyivdə ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Austinlə görüşünün gözlənildiyi vaxta təsadüf edir.

ABŞ rəsmiləri tərəfindən yüksək səviyyəli rəsmilərin səfəri ilə bağlı təsdiq verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG