Accessibility links

Zelenski Ukraynanın müharibədə uğur qazanmasının ABŞ-ın dəstəyindən asılı olduğunu bildirib


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib ki, Ukraynanın müharibədə uğur qazanması Birləşmiş Ştatların yardımından asılı olacaq. O deyib ki, ABŞ Konqresi Ukraynaya maliyyə ayırmadan İsrailə yardım etməyi düşünsə, bu, sülh və demokratiya üçün “rüsvayçılıq” olardı.

Bu həftə Nümayəndələr Palatasının spikeri Mayk Conson bir neçə ayrıca qanun layihəsini parlamentarilərin müzakirəsinə təqdim etmək niyyətindədir. Buraya İsrailə vəsait ayrılması, Ukraynaya hərbi yardım, Tayvana və Amerikanın digər müttəfiqlərinə yardım, həmçinin Rusiyanın ABŞ-dakı dondurulmuş aktivlərinin satışı ilə Ukraynaya yardım daxildir. Ümumi yardımla bağlı qanun layihələri bundan əvvəl Konqresdə qəbul edilə bilməmişdi.

Jurnalist Konqresin İsrailə yardım haqqında qanun layihəsini nəzərdən keçirə biləcəyini, lakin Ukraynaya yardımın bu səylərin bir hissəsi olacağının hələ tam aydın olmadığı deyib. Zelenski bunun qəribə olacağını qeyd edib.

“Qəribədir. Bu, ondan xəbər verir ki, bu, sırf təhlükəsizlik məsələsidir. Bu, sırf siyasətdir. Düzünü desəm, bu demokratiya üçün və demokratiya haqqında yalnız danışanlar üçün rüsvayçılıq olardı ", Ukrayna Prezidenti bildirib.

Onun sözlərinə görə, İsrail və Ukraynaya yardımın bölünməsi bunun ABŞ-da qarşıdan gələn prezident seçkiləri səbəbindən edildiyinə sübut olduğu deməkdir.

“Bu sırf siyasətdir. Bu, o deməkdir ki, Ukraynada hər gün nə qədər insanın öldüyü heç kimin vecinə deyil. Onlara onların reytinqi önəmlidir. Bu, onu göstərir. Onlar ölülərin heç bir reytinqinin olmadığını unudurlar” – deyə, Ukrayna lideri qeyd edib.

Zelenski hesab edir ki, Konqres “hələ gec olmadan” bundan asılı olan bütün ölkələr üçün yardıma səs verməlidir. O ümid etdiyini bildirib ki, konqresmenlər yaxın günlər və həftələr ərzində yardımın ayrılması ilə bağlı müsbət qərar qəbul edəcəklər, çünki Amerikanın köməyi olmadan Ukrayna Silahlı Qüvvələrinin qalib gəlmək şansı yoxdur.

ABŞ Konqresində ötən ilin payızından bəri Ukraynaya yardım təsdiq edilməyib. Oktyabr ayında prezident Co Bayden Konqresə 106 milyard dollarlıq büdcə haqda müraciət göndərib ki, bunun da 75 milyard dollarından çoxu Ukrayna və İsrailə yardım üçün nəzərdə tutulub. Lakin bu qanun layihəsinə baxılmadı, bunun əvəzinə noyabrın əvvəlində Nümayəndələr Palatası Ukraynaya yardım daxil edilmədən İsrailə 14,3 milyard dollar məbləğində yardım göstərmək planını qəbul etdi. Daha sonra demokratların çoxluq təşkil etdiyi Senat qanun layihəsini blokladı.

Fevral ayında ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,3 milyard dollarlıq yardım paketinin ayrılmasına dair qanun layihəsini dəstəkləsə də, Nümayəndələr Palatası buna baxılmayıb. Nümayəndələr Palatasının spikeri bir neçə ayrı-ayrı qanun layihəsini baxılmaq üçün təqdim edəcəyini bildirib. Bununla belə, “The Hill” qəzetinin yazdığına görə, Consonun qanun layihələrində Amerika sərhədinin möhkəmləndirilməsi ilə bağlı müddəalar yoxdur. Mühafizəkar qanunvericilər bunu tələb ediblər və buna görə də Ukraynaya yardım haqqında qanun layihələri dəstəklənməyib.

Forum

XS
SM
MD
LG