Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı qərar qəbul etmək lazımdır. O bu barədə sosial şəbəkələrdə yazıb.
Ukrayna lideri əlavə edib ki, o, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə ölkəyə əlavə yardımı müzakirə edib.
“Uzunmüddətli müzakirələrə birdəfəlik son qoymaq və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici məqam gəlib çatıb. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə əlavə effketiv yardımı və ukraynalıların qəhrəmancasına azad gələcəkləri uğrunda apardıqları mübarizəni müzakirə etdim,” Zelenski yazıb.
Bundan əlavə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Rusiyanı tamamilə təcrid etməyə” çağırıb. O bunu sosial media postunda bildiib və yanında Kyivin Lobanovsk prospektində içinə raket düşən binanın fotosunu paylaşıb.
"Kyiv - bizim gözəl dinc şəhərimiz – daha bir gecəni Rusiyanın quru qoşunlarının və raketlərinin hücumu altında keçirdi. Onlardan biri Kyivdə yaşayış binasını vurdu. Mən dünyadan Rusiya Federasiyasının tamamilə təcrid olunmasını tələb edirəm. Səfirləri qovun. Neft embarqosu qoyun. Rusiya iqtisadiyyatını məhv edin. Rusiya Federasiyasının hərbi cinayətkarlarını dayandırın!” Kuleba yazıb.
Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “dezifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları ilə bağlı xəbərlər yayılmağa başlayıb. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.
Fevralın 25-də Kreml bəyan edib ki, Putin Minskə Ukrayna ilə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyasının nümayəndələrinin iştirakı ilə nümayəndə heyəti göndərməyə hazırdır. Bu, Kremlin Ukrayna prezidenti Volodimir Zelenskinin “insanların ölməsini dayandırmaq məqsədilə danışıqlar masa arxasına əyləşməyin” zəruriliyi ilə bağlı sözlərinə cavabı olub.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə boyu ümumi səfərbərlik barədə fərman imzalayıb. Qərb ölkələri Ukraynaya müdaxiləsi səbəbilə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.