Accessibility links

Zelenski: Ukrayna və Rusiya ilkin şərt olmadan danışıqlar haqda razılaşıb


Ukrayna Belarusla sərhəddə Rusiya ilə danışıqlara razılıq verdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi bazar günü Ukrayna və Rusiya nümayəndələrinin Belarusun Ukrayna ilə sərhədində danışıqlar aparmaq üçün görüşəcəklərini bildirib.

Zelenski Rusiyanın bir neçə gün əvvəl Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlamasından bəri ilk danışıqların ilkin şərt olmadan baş tutacağını və bunun Ukrayna və Belarus prezidentləri arasında telefon danışığının nəticəsi olduğunu bildirib.

“Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində Pripyat çayı yaxınlığında heç bir şərt olmadan görüşəcəyi haqda razılaşdıq”, Ukrayna prezidenti bildirib.

Bundan öncə Ukrayna prezidenti Rusiya ilə sülh danışıqlarına başlaya biləcəyini, lakin Rusiyanın danışıqlar üçün rəsmi nümayəndələrini göndərdiyi Belarusda Rusiya nümayəndə heyəti ilə görüşü istisna etdiyini bildirib. Zelenski Rusiyanın Belarusdan Ukraynaya hücum etmək üçün istifadə etdiyinə görə Belarusda görüşün qəbuledilməz olduğunu deyib.

XS
SM
MD
LG