Accessibility links

Zelenski Rusiyaya daha çox təzyiq göstərdiyi üçün Qərbə təşəkkür edib


Prezident Volodimir Zelenski NATO və Avropa İttifaqına Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün birgə işlədiklərinə görə təşəkkür edib, lakin bu addımların əvvəllər atılmadığından təəssüflənib.

30 NATO ölkəsi, “Böyük Yeddilik” və 27 Avropa İttifaqı ölkəsinin liderləri martın 24-də Brüsseldə görünməmiş ard-arda sammitlər keçirərdikləri zaman sanksiyaları və əlavə yardımı elan ediblər.

Martın 25-də ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın qaz idxalını dayandırmaq üçün blokun bu il ABŞ-dan ən azı 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz alacağına dair razılaşmanı elan ediblər.

Razılaşma Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropanın Rusiya yanacaqlarından asılılığını azaltmaq üçün yeni yaradılmış transatlantik işçi qrupunun atdığı ilk addımdır.

Əvvəlki gün Ukraynaya 1 milyard dollarlıq yardım paketi açıqlayan Baydenin martın 25-də Polşa liderləri ilə enerji və qaçqınlarla bağlı danışıqlar aparmaq üçün Varşavaya getməsi planlaşdırılırdı.

Bayden, həmçinin ABŞ prezidenti Ukraynadan 80 km-dən az məsafədə yerləşən Polşa-Ukrayna sərhədi yaxınlığında yerləşən Rzeşova da gedəcək.

Döyüşlər 4 milyona yaxın mülki vətəndaşı ölkədən çıxmağa vadar edib və on minlərlə insanı kommunal xidmətlər olmayan və qida ehtiyatları azalan şəhərlərdə qapalı vəziyyətdə qoyub.

Rusiyanın işğal etdiyi Krımla Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan şərq rayonları arasında yerləşən, mühasirəyə alınan cənubdakı Mariupol limanında minlərlə insan zirzəmilərdə su, qida, dərman və elektrik çatışmazlığı yaşayır.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk martın 25-də bildirib ki, əvvəlki bir neçə cəhd uğursuzluqla nəticələndikdən sonra mülki şəxslərin şəxsi avtomobillərlə şəhəri tərk etməsi üçün Rusiya ilə humanitar dəhliz razılaşdırılıb.

Vereşçuk bildirib ki, şəhərdən çıxmağı bacaranlar yaxınlıqdakı Berdyansk şəhərindən Zaporijye şəhərinə avtobuslarla gedə biləcəklər.

"Biz əlimizdən gələni edəcəyik ki, Mariupol sakinləri ilə dolu avtobuslar bu gün Zaporijyeyə çatsın" – deyə, o bildirib və Melitopol şəhərindən dinc sakinlərin təxliyəsi üçün də razılıq əldə edildiyini əlavə edib.

Müharibədən əvvəl 400 min əhalisi olan Mariupol dağıntılara çevrilib, minlərlə dinc sakin ölüb, on minlərlə insan hələ də şəhərdən təhlükəsizliyə çıxmaq üçün yol axtarır.

Humanitar dəhlizlərlə bağlı əvvəlki razılaşmalar uğursuzluğa düçar olub, tərəflər bir-birini onları keçilməz etməkdə günahlandırıb.

Mariupol şəhər rəsmiləri martın 25-də bildiriblər ki, şahidlərin dediklərinə görə, yüzlərlə insanın sığındığı teatra ötən həftə Rusiyanın zərbəsi nəticəsində 300-ə yaxın adam həlak olmuş ola bilər.

Cəbhə xəttində Ukrayna qüvvələri Kyiv ətrafındakı bəzi ərazilərdə rus qoşunlarını geri çəkdilərini iddia edərək, Mariupol yaxınlığında Azov dənizində dayanmış Rusiya hərbi-dəniz nəqliyyat gəmisinə hücumda müvəffəq olduqlarını bildiriblər.

XS
SM
MD
LG