Accessibility links

Zelenski: Rusiyaya qarşı döyüş “çətindir”, “qanlı”dır, amma “diplomatiya” ilə bitəcək


Ukrayna Prezidenti Volodimir Zelenski video müraciət vasitəsilə Cənubi Koreya parlamentində çıxış edir. 11 aprel, 2022.
Ukrayna Prezidenti Volodimir Zelenski video müraciət vasitəsilə Cənubi Koreya parlamentində çıxış edir. 11 aprel, 2022.

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, ölkəsində Rusiya ilə davam edən müharibədə qələbə diplomatik həll yolu ilə əldə olunacaq.

“Qələbə çətin olacaq, qanlı və döyüş meydanında olacaq, amma sonda diplomatiya ilə əldə oluancaq. Mən buna çox əminəm,” Zelenski cümə günü Ukrayna televiziyasına müsahibəsində bildirib. “Elə şeylər var ki, onlara danışıq masasına oturmadan son qoya bilmərik.”

Ukrayna lideri həmçinin deyib ki, onun ölkəsi Mariupol şəhərindəki Azovstal polad zavodunda həftələrlə davam edən döyüşlərdən sonra Rusiya qüvvələrinə təslim olan döyüşçüləri geri qaytarmağa davam edir.

“Hər şey BMT, Qırmızı Xaş və Rusiya Federasiyasının onların təhlükəsiz olacaqlarına və mübadilə proqramını gözləyəcəklərinə dair üzərlərinə aldıqları öhdəliklərdən asılı olacaq,” o deyib. O bildirib ki, Ukraynanın kəşfiyyat xidməti “dialoq və mübadilə üçün” hazırlıqlar görür.

Rusiya təqribən üç ay öncə, fevralın 24-də Ukraynaya geniş-miqyaslı hərbi müdaxiləyə başlayıb.

Rusiya Müdafiə Nazirliyinin bəyatına əsasən, müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə deyib ki, həm Azovstal polad zavodu həm də şəhər “tamamilə azad olunub.”

Ukrayna Mariupolun tamamilə Rusiyanın nəzarəti altında olduğunu təsdiq etməyib.

XS
SM
MD
LG