Accessibility links

Zelenski Ukraynaya son hücumlardan sonra Rusiyanı "terrorçu dövlət" adlandırıb


Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı aktyor Şon Pennlə söhbət edir. 28 iyun, 2022.
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı aktyor Şon Pennlə söhbət edir. 28 iyun, 2022.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı Rusiyanı "terrorçu dövlət" adlandırıb və Birləşmiş Millətlər Təşkilatının Kremençuk şəhərində alış-veriş mərkəzinə raket hücumunu araşdırmaq üçün komissiya göndərməyə çağırıb.

"Kim bunun terror olduğu ilə razılaşmır?"- deyə, Ukrayna lideri BMT-nin Təhlükəsizlik Şurasında yayımlanan çıxışında bazar ertəsi alış-veriş mərkəzinə ən azı 18 nəfərin ölümü ilə nəticələnən hücuma və Rusiyanın son günlərdə mülki vətəndaşlar və mülki infranstruktura etdiyi hücumlara istinadən soruşub.

Zelenski deyib ki, dünyanın istənilən başqa bir hissəsində hər hansı bir qrup Rusiyanın Ukraynada etdiyi kimi dinc əhalini öldürsə idi, onlar terrorçu hesab olunardı.

"Yəni, cinayətkarlar və cinayətkar təşkilatlar səviyyəsində cəzalandırılan heç nə terrorçuya çevrilən dövlət səviyyəsində cəzasız qalmamalıdır" , o, Kremlə istinad edərək deyib.

Zelenski Rusiyanın çərşənbə axşamı onun çıxışından bir neçə saat öncə törətdiyi yeni hücumları da sadalayıb. Cənubda yerləşən liman şəhəri Mikolaivə və Ukraynanın ikinci ən böyük şəhəri Xarkivə hücumlar nəticəsində azı səkkiz mülki vətəndaş həlak olub. Ölənlər arasında altı yaşlı bir qız var. Onlarla insan yaralanıb, o cümlədən 3 aylıq bir uşaq koma vəziyyətindədir.

Moskvanın Təhlükəsizlik Şurasındakı elçisi Ukrayna prezidentinə şuraya müraciət etməyə imkan verilməsinə etiraz edib və deyib ki, Zelenskinin çıxışıda son dəqiqə qərar verilib və bütün şura üzvləri ilə məsləhətləşmədən təşkil edilib.

Səfir müavini Dmitri Polyanski deyib ki, Zelenskinin müraciətinin məqsədi Madriddə başlayan NATO sammitinin iştirakçılarının rəğbətini qazanıb, onlardan silah əldə etməkdir.

Polyanski, həmçinin Kremençukdakı alış-veriş mərkəzinə hücumun edildiyinə dair ittihamları rədd edib və onun Rusiyanın hədəfinə yaxın olmadığını deyib.

"Reallıqda alış-veriş mərkəzinə hücum olmayıb. Rusiya silahılı qüvvələri Kremençuk yol təmiri avadanlıqları zavodunun ərazisində ABŞ və Avropa ölkələrindən alınan Qərb silahları və sursatları ilə anqarlara zərbələr endirmək üçün dəqiq silahlardan istifadə edib" - deyə, o əlavə edib.

XS
SM
MD
LG