Accessibility links

Zelenski – Çətin anın xarizmatik lideri


Zelenski – Çətin anın xarizmatik lideri
please wait

No media source currently available

0:00 0:03:41 0:00

Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə qalaraq Rusiyanın işğalına qarşı döyüşə rəhbərlik etməklər vətəndaşlarını ilhamlandır, əzmkar çıxışları ilə dünya liderlərini öz xalqının köməyinə gəlməyə çağırır. 

Fevral ayında başlayan işğaldan iki gün sonra Ukrayna prezidenti Volodimir Zelenski Rusiya bombardmanı zamanı Kyivdən qaçması ilə bağlı dezinformasinı təkzib etmək üçün paytaxtın küçələrindən video çəkərək, vətəndaşları əmin etdi ki, o heç yerə gətməyib və işinin icrasına davam edir. Həmin gündən etibarən Zelenski demək olar ki, hər gün ekranlardadır. O, ABŞ konqresi və digər parlamentlər, o cümlədən müxtəlif təşkilatlar önündə çıxış edərək xalqının qırğınını dayandırmaq üçün daha çox dəstək və silah xahiş edib. Ekspertlər deyir ki, çox az insan 44 yaşlı keçmiş aktyor və komediyaçıdan belə cəsarət gözləyirdi.

Elizabet Şakelford, Chicago Council on Global Affairs: “Mən bilmirəm siz xatırlayırsınız, ya yox. Amma işğalndan öncəki həftələrdə bu, çox geniş müzakirə edilən mövzulardan idi. “O, beyində komediyaçıdır...” “Ukrayna belə böhranda belə bir “kloun” tərəfindin idarə edildiyi üçün necə bədbəxtdir...” Həmin söhbətlərə bu gün bxanda, onlara ciddi yanaşmaq mümkün deyil. Sən həqiqətən də bilmirsən ki, çətinlik zamanı kim özünü necə nümayiş etdirəcək.”

Zelenski siyasətə qoşulmaqdan öncə çox uğurlu əyləncə biznesi nümayəndəsi, akyor və iş adamı idi. O hətta məşhur “Ulduzlarla rəqs” müsabiqəsinin Ukrayna versiyasının qalibi olmuşdu. Digər ekspert bu meyarların ona dünyanın hər bir yerində olan insanlarla bağlantı qurmaqda necə yardımçı olduğunu belə izah edir.

Samuel Hanter, Nebraska Omaha Universiteti: “O hüquq dərəcəsi alır, sonra əyləncə sənayesinə qoşulur, uğurlu bizneslər qurur və həyatının ilkin mərhələsində çox geniş təcrübələrə yiyələnir. Nəticədə, o çox müxtəlif qrup insanlarla əlaqə qurmağı bacarır. Həmin insanların gənc və ya yaşlı olmasından asılı olmayaraq.”

Zelenski “Xalqın qulluqçusu” adlı serialda korrupsiya ilə mübarizə aparmaq üçün prezident yarışına qatılan idealist müəllim obrazını canlandırır.

Həyat Zelenskinin yaradıcılığını reallığa çevirdi. O, anti-korrupsiya platforması ilə 2019-cu il seçkilərinin ikinci mərhələsində prezident Petro Poroşenkoya qalib gəlir. Ukraynada çalışmış sabiq səfir Vilyam Teylor deyir ki, Zelenskinin ölkəsi üçün böyük planları var idi.

Vilyam Teylor, ABŞ Sülh İnstitutu: “2019-cu ildə mən onunla ilk dəfə görüşəndə, o çox əzmli, çox əmin idi. Hətta deyərdim ki, nail olmaq istədiyi şeylər haqda çox idealist idi.”

Professor Hanter deyir ki, Zelenski psixoloqların xarizmatik liderlik, gələcəyə yönəlik, dəyişikliyə meylli adlandırdıqları xüsusiyyətləri özündə cəmləşdirir.

“Ona görə də o, Ukraynanın yeni inkişaf mərhələsinə aparan bir platformaya rəhbərlik edirdi. Bu platformanın mahiyyəti keçmişdən tamam uzaqlaşmaq idi.”

Ekspert davam edir ki, Zelenski ölkədəki ölüm və dağıntılar qarşısında öz ideallarından vaz keçmir və o, dəyişiklik gətirmək gücünə malik liderlər səviyyəsinə qalxıb.

“Və bu, böyük səhnədə liderlər üçün qeyri-adi bir hal deyil. İstər Linkoln və ABŞ-ın vətəndaş müharibəsi, istərsə də Kennedi və Kuba Böhranı olsun. Bu cür böhranlar və bu cür anlar insan xüsusiyyətini nümayiş etdirir. Bu baş verəndə, siz liderlərin ucaldığını və həmin anlarda sanki başqa dünyadan gələn birilərinə çevrildiyini görürsünüz.”

Ekspertlər deyir ki, Zelenski ABŞ-ın təklif etdiyi təhlükəsiz çıxışdan imtina edib, əvəzində müharibə zamanı ölkədə qalmağı seçməsi həm ordu üçün, həm də xalqı üçün böyük bir fərq yaratdı.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG