Accessibility links

Zelenski: 49 ukraynalı Rusiyanın əsirliyindən azad edilib


Ukraynanın, hərbçilər və mülki şəxslər olmaqla, 49 vətəndaşı Rusiya əsirliyindən azad edilərək, Ukraynaya qaytarılıb. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski əsirlikdən qayıdanların fotoşəkillərini dərc edərək, bildirib.

Zelenski ukraynalıların mübadilə nəticəsində azad edilib-edilmədiyi barədə açıqlama verməyib, lakin onun sözlərindən belə çıxır ki, mübadilə olub, çünki o, cəbhədə rusları əsir götürən və bununla da "mübadilə fondunu" dolduran Ukrayna hərbçilərinə təşəkkür edib. Rusiya tərəfi hələlik mümkün mübadilə barədə açıqlama verməyib.

Azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, polisin və Ukraynanın sərhəd qoşunlarının hərbçiləri var.

Zelenski qeyd edib ki, azad edilənlər arasında 2022-ci ilin dekabrında Kyivdən xəstə atasını ziyarət etmək üçün ilhaq edilmiş Krıma getməyə cəhd edən və Rusiyada həbs edilərək, casusluqda ittiham olunan Krım tatarı Leniya Umerova da var. O, 2022-ci ilin dekabrından əvvəcəl xarici vətəndaşların saxlandığı mərkəzdə, 2023-cü ilin may ayından isə istintaq təcridxanasında saxlanılıb.

Zelenskinin sözlərinə görə, azad edilənlər arasında Azovstalın müdafiəçiləri və Ukrayna qəhrəmanı, hərbi həkim Viktor İvçuk da var.

Forum

XS
SM
MD
LG