Accessibility links

Zelenski müharibənin dağıtdığı Mikolaivi ziyarət edib


Ukrayna Prezidenti Volodimir Zelenski nadir atdığı bir addım olaraq Kyivi tərk edərək müharibənin dağıtdığı Mikolaiv şəhərini ziyarət edib.

Bu, Rusiya Ukraynaya dörd ay əvvəl hərbi müdaxiləyə başlayandan bəri Ukrayna Prezidentinin cənubda yerləşən şəhərə ilk səfəridir. Prezidentin ofisi şənbə günü Zelenskinin böyük xəsarət alan çoxmərtəbəli yaşayış binasını ziyarət etdiyini və yerli rəsmilərlə görüş keçirdiyini göstərən video paylaşıb. O həmçinin cənubdakı cəbhə xəttində əsgərləri ziyarət edib. Prezidentin ofisi səfərin nə zaman baş tutduğunu bildirməyib.

Rusiya qoşunları mart ayının əvvəlində bölgə paytaxtına yaxınlaşdıqdan sonra Mikolaivdən çıxarılıblar.

Bu arada isə Ukrayna rəsmisi deyib ki, Rusiyanın həftələrdir nəzarətini ələ keçirməyə çalışdığı şərqdə yerləşən Severodonetsk şəhərinin yaxınlığındakı kəndlərdə “şiddətli döyüşlər” gedir.

“İndi ən şiddətli döyüşlər Severodonetskdə aparılır. Onlar [Rusiya] şəhərə tamamilə nəzarət etmir,” şərqdə Luhansk bölgəsinin qubernatoru Serhiy Haidai Telegram-da bildirib. “Yaxınlıqdakı kəndlərdə - Toşkivskada, Zolotedə çox çətin döyüşlər gedir.

Onlar irəliləməyə çalışırlar…amma müvəffəq olmurlar… Bizim müdafiəçilərimiz bütün istiqamətlərdə ruslara qarşı döyüşürlər. Onlar bu yaxınlarda bir təyyarəni vurub, əsir götürüblər.”

Qubernator həmçinin deyib ki, Rusiya qoşunları Severodonetskin yaxınlığında hələ də ukraynalıların nəzarətində olan Lisiçanska ağır zərbələr endirirlər.

XS
SM
MD
LG