Accessibility links

Zəli ilə müalicəyə tələbat artıb [Video]


Zəli ilə müalicə populyarlaşmağa başlayıb
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Zəli ilə müalicənin orta əsrlərə aid olduğu deyilsə də bir Polşa şirkəti bu müalicəyə tələbatın artdığını deyir. Zəlilərdən artıq əvvəllər bədəndəki balansı saxlamaq məqsədilə qan sorulmasında istifadə edildiyi kimi istifadə edilməsə də, hələ də onlara tibb sahəsində ehtiyac var.

Cərrahlar zəlilərdən qanın toplaşdığı yerlərdəki şişlərin sorulmasında və mikro-cərrahiyə zamanı qanın laxtalanmasının qarşısını almaq məqsədilə istifadə edir. Məsələn, kəsilmiş barmaqların geri tikilməsi zamanı.

Anti-koaqulant hirudin maddəsi zəlilərin qana yeritdiyi 300 müxtəlif maddədən biridir. “BioGen” laboratoriyasının başçısı Artur Kleina: “Zəlinin ifraz etdiyi maddələrdən biri də xoşbəxtlik hormonu və ya endofrin adlanan maddədir. Buna uzun zamandır əmin olunub. Belə ki, üzərində çox sayda zəli olan atın gölməçədən çıxdıqdan sonra tez bir zamanda sakitləşdiyi müşahidə olunub.”

“BioGen” laboratoriyası son 20 ildə zəli yetişdirməklə məşğuldur və bu sahədə Polşada sertifikatlaşdırılmış yeganə şirkətdir. Tibb müəssisələrindən əlavə bu şirkət zəliləri idman klublarına da satır. “Onlar zəliləri daimi əsasda sifariş edir və onlardan idmançıları üçün istifadə edir. Bu yalnız səmərəliliyin artırılması üçün deyil, bu həm də məşqdən sonra əzələlərin bərpasına kömək etmək üçündür" deyə, Artur Kleina bildirir.

“BioGen” laboratoriyası 3 cür zəli yetişdirirərək, çox mürəkkəb bir vəzifə yerinə yetirir. Bu hermafrodit zəlilər yetişdirildikləri şəraitə çox tələbkar yanaşır. Gənc zəlilər baramadan 3 həftədən sonra çıxır. Lakin onlar böyük zəlilər kimi hərəkət edir. Onlar çox dəyişmir, sadəcə böyüyürlər.

“BioGen” Birləşmiş Ştatlar, Kanada, Yaxın Şərq ölkələri və Avropa boyu ölkələrə ildə 400 minə qədər zəli ixrac edir.

XS
SM
MD
LG