İranda baş verən zəlzələ zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə indiki anadək hər hansı məlumat daxil olmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsi radiosuna deyib.
O Azərbaycanın İrandakı diplomatik korpusunun araşdırmaları davam etdirdiyini bildirib. “İrandakı diplomatlarımız bu istiqamətdə fəaliyyətlərini davam etdirir”, - deyə o qeyd edib.
İranın Şərqi Azərbaycan vilayətində avqustun 11-də baş verən zəlzələ nəticəsində 250 nəfər həlak olub, 2000-dən çox insan xəsarət alıb.