Accessibility links

Dağıstanda zəlzələ baş verib


Zəlzələ
Zəlzələ

Zəlzələ Zaqatalada da hiss edilib

Mayın 3-də Azərbaycanın Zaqatala rayonun 36 km şimal-şərqdə (Bakıdan 460 kilometr şimal-qərb) Rusiyanın Dağıstan Respublikasının ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanın maqnitudası 5.2, dərinliyi 42 km olub.

Zəlzələ Zaqatalada 4 bal, yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

XS
SM
MD
LG