Accessibility links

Balakəndə zəlzələ olub


Sentyabrın 21-i günorta saatlarında Balakən rayonunda zəlzələ baş verib.

Məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Mərkəzin xəbərinə görə, yeraltı təkan bu gün saat 13:07-də Balakən rayonu ərazisində qeydə alınıb.

3.8 maqnitudada olan və 5 km. dərinlikdə baş verən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Tələfat və ya dağıntılar barədə məlumat verilmir.

XS
SM
MD
LG