Accessibility links

Zəlzələ nəticəsində çox sayda evə ziyan dəyib (Audo-müsahibələr)


Zəlzələ
Zəlzələ

Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanovun, Ağdam rayon İcra Hakimiyyəti başçısnın köməkçisi Eldəniz Abdullayevin Amerikanın Səsinə müsahibəsi

Dünən Ağdam rayonu ərazisində (Bakıdan 351 kilometr cənubi-qərb) baş verəm zəlzələ nəticəsində Ağdam, Bərdə və Tərtər rayonunda tikililərə ziyan dəyib. Yerli icra hakimiyyətlərinun nümayəndələri Amerikanın Səsinin müxbiri ilə telefon söhbətlərində insanları xəsarət almadığını bildirib. Bununla yanaşı həyəcanlı insanlar təcili tibbi yardıma çoxsaylı müraciətlər edib. İnsanlara yerində tibbi yardım göstərilib.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Eldəniz Abdullayev Amerikanın Səsinə müsahibəsində bildirib ki, zəlzələ nəticəsində ilkin məlumatlara görə, 127 evə (bir evin divarı uçub), 1 məktəbə ziyan dəyib. Quzanlı qədsəbəsində gecə saatlarında bir elektrik transformatoru qəzalı vəziyyətə düşüb, səhərə yaxın elektrik verilişi bərpa edilib.

please wait

No media source currently available

0:00 0:02:26 0:00

“Hazırda rayon ərazisində komissiya işləyir. Ziyan dəymiş tikililərin sayı arta bilər”, o qeyd edib.

Bərdə Rayon İcra Hakimiyyətininbaşçısı Vidadi İsayev Report agentliyinə deyib ki, zəlzələ zamanı rayon ərazisində 150-yə yaxın evə ziyan dəyib: "Daha çox məcburi köçkünlərin məskunlaşdığı Meşəçilik massivində yaşayış evlərinə ziyan dəyib. Həmin massivin ərazisində bir ev tamamilə dağılıb".

Tərtər rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ramiz Şabanov Amerikanın Səsinə müsahibəsində deyib ki, 20 evə ziyan dəyib, 3 ev və bir tövlətamamilə dağılıb.

please wait

No media source currently available

0:00 0:01:08 0:00

“Çoxsaylı evlərdə və tikililrəd çatlar əmələ gəlib. Hazırda komissiya tərəfindən dəymiş ziyanın miqdarı müəyyən edilir”, o qeyd edib.

Hələ zələzlənin tam nəticələri barədə Fövqəladə Hallar Nazirliyi məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG