Accessibility links

İranda zəlzələdən zərərçəkənlərə əhali 6 milyon dollardan çox yardım edib

An injured person waits to be taken to hospital in Ahar August 11, 2012. Two strong earthquakes struck northwest Iran on Saturday, killing 153 people and injuring more than 1,300 as buildings were reduced to rubble, Iranian officials said. REUTERS/Kamel R

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ zamanı 306 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb

Indiyədək İranda zəlzələdən zərərçəkənlərə yardım məqsədilə əhali tərəfindən 6 milyon 425 min dollar vəsait toplanıb. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Əbulhəsən Fəqih deyib.
Trend agentliyinin məlumatına görə, elan olunmuş 99999 hesab nömrəsinə ölkənin müxtəlif bölgələrindən əhali 5 milyon dollar vəsait göndərib. Bundan başqa Qüds günü və Fitr bayramı (Ramazan bayramı) günləri də əhali zərərçəkənlərə bir milyon 425 min dollar vəsait yardım edib.
Əbülhəsən Fəqih əlavə edib ki, əhali tərəfindən həmçinin 500 ton həcmində humanitar yardım göstərilib.
Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.
XS
SM
MD
LG