Accessibility links

Zəlzələdən sonra xilasetmə işlərinə yardım edən robotlar [Video]


Zəlzələdən sonra xilasetmə işlərinə yardım edən robotlar
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Zəlzələdən sonra xilasetmə işlərinə yardım edən robotlar

Böyük zəlzələlərdən sonrakı xilasetmə işləri çox təhlükəli və çətin olur. Xilasetmə işçilərini qorumaq üçün, alimlər bir gün axtarış və xilasetmə işlərini uzaqdan idarə edərək həyata keçirəcək robot inkişaf etdirirlər. İtaliyalı robot istehsalçıları deyir ki, belə bir robot dörd-beş il sonra sınaqdan keçirilə bilər.

Dörd buğumlu ayaq üstündə hərəkət edən ”Dörqayaqlı Hidravlik”, qısaca isə HyQ adlanan robot yaradıcılarının gözü önündə ehtiyatla dağıntıların üzərində hərəkət edir.

Tam inkişaf ediləndən sonra o, bu il İtaliyada 300 nəfərin ölümünə səbəb olan güclü zəlzələnin səbəb olduğu bu dağıntıların üzərinə çıxa biləcək.

Hələlik isə, HyQ önə və arxaya getməyi, müxtəlif maneələri aşmağı, pilləkanları qalxmağı və balansını itirib yıxılandan sonra yenidən ayağa qalxmağı öyrənir.

“Biz beş il sonra bu robotun gələcək versiyasının xilasetmə işçiləri ilə birlikdə işləyə biləcəyini gözləyirik. Bu robotda işlərini daha yaxşı planlaşdırmaları üçün xilasetmə işçilərini uzaqdan məlumatla təmin edə bilmələri üçün lazer senosru, kamera və ya qaz sensorları müxtəlif cür sensor yerləşdiriləcək. “

HyQ-nun dizaynı ABŞ-ın Boston Dynamics şirkəti tərəfindən inkişaf etdirilmiş “Big Dog” yəni “Böyük İt” adlı robota əsaslanır.

Sahə sınağı dörd hidravliklə işləyən ayaqlı robotların insanların yanında işləyib, ağır yüklər daşıya bildiyini təsdiq etdi, amma onlar döyüşdə istifadə olunmaq üçün çox səs-küylü olduğu üçün layihə dayandırılıb.

İtaliyanın Amatris şəhəri zəlzələdən sonra
İtaliyanın Amatris şəhəri zəlzələdən sonra

İtaliyalı mühəndisllər bu konsepsiyanı mülki istiadə üçün isnkişaf tdirə biləcəklərini düşünsələr də, bunun çox çətin bir iş olduğunu etiraf edirlər, çünki hər bir xilasetmə və axtarış əməliyyatı unikaldır.

“Hazırda mükəmməl robot yoxdur. Bu isə o deməkdir ki, xüsusiyyətlərindən asılı olaraq hər bir robot bir vəziyyətdə istifadə oluna bilər digər bir digər vəziyyətdə isə istifadə oluna bilməz. Təbii ki, hərəkət çox vacibdir və eləcə də robotun özünüidarə edə bilməsi - ələlxüsus da əgər biz bu robotdan fövqəladə hallarda istifadə etmək istəyiriksə. Buna görə də, məqsəd robotun sürəti və özünü idarə edə bilmə qabiliyyətini təkmilləşdirməkdir.”

“WalkMan” adlı humanoid robot artıq avqustun 24-də baş verən zəlzələdə sonra İtaliyanın Amataris şəhərində sınaqdan keçirilib. Orada robot tikintilərə dəyən zərəri ölçüb.

Tədqiqatçılar WalkMan-in ziyanın qiymətləndirilməsini də özünün edə bilməsi üçün robotun bacarıqlarını inkişaf etdirmək istəyirlər.

XS
SM
MD
LG