Accessibility links

Zəncanda “Türkcə-Farsca Musiqi Sözlüyü” çapdan çıxıb


Araşdırmaçı sənətçi Fərşid Əmini tərəfindən hazırlanan “Türkcə-Farsca Musiqi Sözlüyü” Zəncan vilayətində çapdan çıxıb.

İSNA agentliyi bu haqda Əbhər şəhərinin İrşad və Mədəniyyət İdarəsinə istinadən məlumat yayıb. İSNA-nın xəbərinə görə, “Əmini lüğəti ilk türkcə-farsca musiqi lüğətidir.”

Əbhər İrşad və Mədəniyyət İdarəsinin müdiri Aysan Sadıqinin sözlərinə görə, “çapdan çıxan lüğət Əbhər Musiqi Cəmiyyətinin sədri Fərşid Əmininin 25 illik araşdırma və sahə tədqiqatının nəticəsidir.

“Bu lüğət 25 illik araşdırma, oxuma, meydan və sorğu tədqiqatı, sənətçilər, musiqişünaslar və türk aşıqlar ilə müsahibə, kitabxana təhqiqatı, həmçinin çapdan çıxmış türkcə-farsca lüğətlər üzrə tədqiqatın məhsuludur,” agentlik bildirib.

Əmini Musiqi Sözlüyü müxtəlif musiqi alətləri, alətlərin hissələrinin və komponentlərinin adları, ifa və oxuma üslubları və ifa texnikası, musiqi dəstgahları, mövqeləri və guşələri, rəqslər və rəqs üslubları və rəngləri, musiqi parçaları, habelə başqa mövzular ilə əlaqədar 3200-dən artıq kəlmədən ibarətdir.

XS
SM
MD
LG