Accessibility links

Bakıda zenit top mərmisi tapılıb


Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir

Bakının Xətai rayonu ərazisində 2 zenit top mərmisi tapılıb

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, top mərmilərindən biri təlim-tədris təyinatlı, digəri isə döyüş tətbiqinə yararlı olub.

Qurum Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə getdiyini bildirir.

Silah-sursatın zərərsizləşdirilməsinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri də cəlb olunub, məlumatda deyilir.

Mərmilər zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

XS
SM
MD
LG