Accessibility links

Avstriya Türkiyənin iqtisadiyyat nazirini ölkəyə buraxmır


Avstriya Türkiyənin iqtisadiyyat nazirini ötən il çevriliş cəhdinin ildönümü münasibəti ilə o ölkədə keçiricək yürüşdə iştirak etməsinə icazə verməyib.

Avstriyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, qərar xarici işlər naziri Sebastian Kurz tərəfindən verilib və yürüşə çoxsaylı insanın qatılacağına görə nazir Nihat Zeybekçinin iştirakı təhlükəsizlik səbəbi ilə yasaqlanıb.

Türkiyəni çevriliş cəhdindən sonra basqılarına görə tənqid edən Avstriya dəfələrlə o ölkənin Avropa İttifaqına üzvlük müzakirələrinin təxirə salınmasına çağırıb.

Avstriyanın bu qərarı Hollandiyanın Türkiyənin baş nazir müavini Tuqrul Türkeşin ölkəyə buraxılmamasına dair bəyanatından sonra verilib.

Ötən ay Almaniya hökuməti Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Hamburqda Türkiyə diasporu qarşısında çıxışına icazə verməyib.

Ərdoğanın çıxışı "Böyük yeddilər” ölkələrinin sammiti çərçivəsində olmalı idi.

Xarici işlər naziri deyib Siqmar Qabriel ki, Berlinlə Ankara arasındakı fikir ayrılıqları fonunda Türkiyə prezidentinin soydaşları qarşısında çıxışı “yersizdir”.

O qeyd edib ki, Almaniya hökuməti bu ölkədə yaşayan Türkiyə vətəndaşları ilə ikili vətəndaşlığı olanlar arasında narazılıq yaranmasını istəmir.

Ərdoğanın soydaşları qarşısında çıxış etmək istəməsi bu ərəfədə bəlli olub.

Almaniyanın Xarici İşlər Nazirliyi bununla bağlı Ankaradan rəsmi sorğu aldığını bildirir.

Almaniya hökuməti bundan əvvəl də türkiyəli nazirlərin konstitusiya islahatları ilə bağlı Almaniyadakı soydaşları qarşısında təşviqat xarakterli çıxışlarına icazə verməyib.

XS
SM
MD
LG