Accessibility links

Mədəni fəal Zeynəb Həmrəng Tehranın Evin həbsxanasına göndərilib


Zeynəb Həmrəng

Bir neçə gün öncə İranın Qərbi Azərbaycan vilayətində nəzarət altına alınan mədəni fəal Zeynəb Həmrəng Seyidbəyli Tehranın Evin həbsxanasına göndərilib.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyi türk fəalın daha əvvəl məhkum olduğu 6 illik həbs müddətini keçirmək üçün Evin həbsxanasına göndərildiyini bildirib.

Təqaüdçü müəllim Zeynəb Həmrəng bir müddət əvvəl “milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” və “rejimə qarşı fəaliyyət” ittimahları ilə Tehran İnqilab Məhkəməsində mühakimə edilib və 6 il həbsə məhkum olmuşdu.

“Xanım Həmrəng keçən həftə Qərbi Azərbaycan vilayətinə səfər etdiyi zaman tutulub və 5 gün nəzarətdə saxlanıldıqdan sonra Tehrana köçürülüb,” HRA-nın saytında dərc edilib.

Əslən İran Azərbaycanının Muğan bölgəsindən olan Zeynəb Həmrəng Seyidbəyli hazırda Tehranda yaşayır. O, keçən yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb, bir müddət sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

XS
SM
MD
LG