Accessibility links

Zika Florida ştatının iqtisadiyyatına güclü zərər vura bilər [Video]


Zika Florida ştatının iqtisadiyyatına güclü zərər vura bilər
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Mayamidən şimalda 2.5 kv.-km. ərazidə ağcaqanad sancması nəticəsində Zika virusuna yoluxma hallarının qeydə alınmasından sonra Florida rəsmiləri federal hökuməti virusa qarşı mübarizədə yardıma çağırıb.

Keçən həftənin cümə günündən bəri ölkənin cənubunda yerləşən ştatda daha 10 nəfərin virusa yoluxduğu qeydə alınıb və bununla xəstələrin sayı 14-ə çatıb. Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzi hamilə qadınlara və onların həyat yoldaşlarına Zika virusuna yoluxma hallarının qeydə alındığı şimal bölgələrinə səfər etməmək barədə xəbərdarlıq edib.

Səhiyyə işçiləri virusa məruz qalan bölgəyə dərman səpir, rəsmilər isə sakinlərə qoruyucu tədbirlərin həyata keçirilməsi barədə xəbərdarlıq edir. “Ən əsas problem durğun sudur. Durğun sular olmamalıdır” deyə, Florida ştatının qubernatoru Rik Skott bildirir.

Ştat federal hökuməti virusun qarşısının alınmasında yardım göstərməyə çağırıb. Rik Skott: “Biz Xəstəliklərə Nəzarət Mərkəzinin təcili yardım komandasından ağcaqanadlara qarşı mübarizədə bizə yardım göstərməsini istədik.”

Xəstəliklərə Nəzarət Mərkəzi bu yaxınlarda Vinvud bölgəsinə gedən qadınlara qarşıdan gələn azı 8 həftə ərzində hamilə qalmamağı tövsiyə edib. Hamilə qadınların həmin əraziyə getməməsi məsləhət görülüb. Lakin o məhəllədə yaşayan qadınlar nə etməlidir?

Rəsmilər eləcə də, hamilə qadınları müntəzəm olaraq müayinədən keçməyə çağırır.

Marko Rubio
Marko Rubio

Florida ştatı Birləşmiş Ştatların turistləri cəlb edən ştatlarındandır. Florida senator Marko Rubio virusun ştatın iqtisadiyyatına zərər vura biləcəyini deyir. "Zika virusu Florida üçün təkcə sağlıq problem deyil, bu həm də iqtisadi problemdir. Turizm burada aparıcı sənayedir, insanlar buraya dəniz sahilində dincəlməyə, Floridanın mərkəzində Disney parkına və ya Universal Studionu ziyarət etməyə gəlir.”

Rəsmilər panikaya əsas olmadığını deyir, belə ki, dövlət Zikanın yayılmasının qarşısının alınması məqsədilə addımlar atıb. Mayamidə Zika virusu xaricdən gələn insanları sancan ağcaqanadlar vasitəsilə iyun ayından bəri yayılmağa başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG