Accessibility links

Zika virusunun yayıldığı ölkələrə səfər edən 9 amerikalı hamilə qadın vurusa yoluxub


Zika virusunun yayıldığı ölkələrə səfər edən 9 amerikalı hamilə qadın vurusa yoluxub. Onlarda biri ağır mikrosefaliya xəstəliyi ilə körpə dünyaya gətirib. 8 digər qadından ikisinin uşağı düşüb, iki qadın isə MRİ testinin ciddi döllərdə beyin problemini aşkarlamasından sonra abort etməli olub.

Xəstəliklərə Nəzarət Mərkəzindən doktor Denis Ceymisonun bildirdiyinə görə, səyahətdə olan hamilə qadınların bətnindəki körpələrin virusun bu dərəcədə ciddi təsirinə məruz qalacağı gözlənilmirdi. XNM daha 10 qadınla bağlı araşdırma aparır.

Zika ilə mikrosefaliyanın əlaqəsi olduğunun elmi cəhətdən sübut edilməsə də, onlar arasında bağlılıq olduğuna getdikcə daha çox inanılır

Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru dr. Tom Frieden deyib ki, Zika ilə mikrosefaliyanın əlaqəsi olduğunun elmi cəhətdən sübut edilməsə də, onlar arasında bağlılıq olduğuna getdikcə daha çox inanılır. Doktor burada digər faktorların da mövcudluğunu istisna etmir.

Həkimlər beyində anormallığın uşağın beyninin formalaşdığı ilk üç ay ərzində qeydə alındığını bildirir.

Zika virusunun seks yolu ilə yayıldığı subüt edilib. Lakin virusun hamiləliyi yarımçıq kəsdiyinə dair dəlil əldə edilməyib.

Alimlər hazırda ABŞ ərazisində Zika testlərinin inkişafı üzərində işləyir.

XS
SM
MD
LG