Accessibility links

Zimbabvenin birinci xanımı qalmaqaldan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb


Qrey Muqabenin Cənubi Afrikada olduğu müddət yerli modelə hücum etdiyi bildirilir.

Zimbabvenin birinci xanımı Yohannesburq hotelində gənc modelə hücum çəkdiyi ilə bağlı itthamların ardınca Cənubi Afrikanı tərk etməsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Gümrah görünən Qreys Muqabe, cümə günü Zimbabvenin paytaxtı Hararedə keçirilən kənd təsərrüfatı sərgisində iştirak edib. Tədbir prezident Robert Muqabe tərəfindən açılıb. Prezident və xanımı keçən həftə sonu Cənubi Afrikada tərəfindən diplomatik toxunulmazlıq statusu aldıqdan sonra ölkəyə geri dönüblər.

Cənubi Afrikada, Qreys Muqabenin avqustun 13-ü etdiyi hücuma görə istintaq cəlb edilməsi çağırışları səslənirdi. Modeli təmsil edən qrup, məhkəməyə müraciət edərək, Zimbabvenin birinci xanımının Cənubi Afrikaya geri dönüşünü çətinləşdirməyə cəhd edir.

Zimbabvenin dövlət mediası bu qalmaqal ilə bağlı səssizdir.

XS
SM
MD
LG