Accessibility links

Muqabenin adının Zimbabve Beynəlxalq Hava Limanından götürülməsi çağırışı


Zimbabvenin müharibə veteranları hökumətdən Robert Qabriel Mugabenin adını daşıyan beynəlxalq hava limanının adını dəyişdirməyə çağırır. Onlar əlavə edirlər ki, sabiq prezident adına hava limanının olmasına layiq deyil.

Hava limanına Muqabenin adı onun hərbi çevriliş nəticəsində vəzifəsini tərk etməsindən bir il öncə verilib.

Cefri Moyo, Harare sakini: “Biz çox gərgin bir zamanda yaşayırıq, iqtisadiyyat dağılmış vəziyyətdədir və belə bir məqam kiminsə hava limanının adını dəyişmək çağırışı qeyri-ciddidir.”

Ernet Mudzengi, Harare sakini: “Hava limanının adının dəyişdirilməsi istəyi şəxsi səbəblərdən irəli gəlir. Bu şəxsi fikirlərin müxtəlifliyinə görə edilir. Düşünürəm ki, bu ölkə üçün yaxşı deyil.”

Veteranlardan ibarət qrup deyir ki, ölkəyə gələn insanlar diktator, zülm və repressiya ilə assosiasiya olunan bir insanın adı ilə qarşılanmamalıdır.

Müharibə veteranları hökumət rəsmilərinə müraciət edərək, hava limanının adını dəyişdirməyə çağırırlar. Lakin hava limanının hansı adla əvəzlənə biləcəyi məlum deyil.

XS
SM
MD
LG