Accessibility links

Zimbabvedə iqtisadi çətinliklər davam edir [Video]


Zimbabvedə iqtisadi çətinliklər davam edir
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Ölkənin nəzarətini ələ keçirəndən bir ay sonra Zimbabve ordusu bildirib ki, prezident Robet Muqabenin devrilməsi ilə nəticələnən hərbi müdaxilə başa çatıb. Lakin yeni prezident onillərdir pis idarə olunan iqtisadiyyatı bərpa etməyə söz versə də, Beynəlxalq Valyuta Fondu artımı bərpa etmək üçün Zimbabvenin dayanıqlı olmayan maliyyə kəsiri və bir çox digər problemlərin qarşısını almaq üçün birgə səylərə ehtiyacın olduğunu vurğulayıb.

Zimbabve ordusunun rəsmisi vətəndaşları 2018-ci il seçkisinin dinc keçirilməsini təmin etməyə çağırıb.

Dayanıqlı olmayan büdcə defisiti kəskin likvidlik çatışmazlığına səbəb olub, inflasiya təzyiqlərini artırıb və maliyyə sektoru ilə məzənnə rejiminin davamlılığını təhlükə altına alıb
Bil Murrey

“Biz ümid edirik ki, xalqımız birlik olacaq, rüşvətdən qaçınacaq, qanunlara tabe olacaq və ölkəmizin inkişafı üçün çox çalışacaq,” deyə Zimbabve ordusunun kommandiri general Valerio Sibanda bildirib.

Ötən həftə ABŞ Konqresi qarşısında ifadə verən keçmiş maliyyə naziri və müxalifət lideri deyib ki, Zimbabvenin gələn il seçkini necə keçirəcəyi mühümdür.

“2018-ci il seçkisi bizim 37 ildir davam edən korrupsiya və zorakılıqdan uzaqlaşıb yeni nizam salıb, yeni Zimbabve yarada bilib-bilməyəcəyimizi yoxlayacaq böyük sınaq olacaq,” deyə Tendai Biti bildirib.

Bu arada isə Beynəlxalq Valyuta Fondu bildirir ki, Zimbabve iqtisadiyyatı böyük problemlərlə üzləşir, amma əgər struktur dəyişiklikləri olsa, düzələ bilər.

“Dayanıqlı olmayan büdcə defisiti kəskin likvidlik çatışmazlığına səbəb olub, inflasiya təzyiqlərini artırıb və maliyyə sektoru ilə məzənnə rejiminin davamlılığını təhlükə altına alıb,” deyə BVF-dan Bil Murrey bildirib.

Amma bir təhlilçi xarici şirkətləri milliləşdirən qanunu ləğv edib, torpaq bölgüsündə dəyişikliklər etməklə hökümətin artıq doğru istiqamətdə irəlilədiyini düşünür.

“Yeni hökümət köklü yerli xalqların hökümət strukturlarında təmsil olunmasını təmin etmək siyasətini ləğv edib, amma hamısını deyil. Məncə bu siyasət tamamilə ləğv olunmalıdır ki, ölkəyə daha çox xarici sərmayə qoyulsun. Mən prezident Mnanqaqvanın mülkiyyətlərini itirən fermerlərə kompensiyasiya ödəmək qərarını alqışlayıram. Məncə bu, çox vacib jestdir.,” Brukinqs İnstitutundan Uitni Şnaydmen söyləyib.

Emmerson Mnanqaqva
Emmerson Mnanqaqva

Lakin Şnaydmen həmçinin qeyd edir ki, siyasi cəbhədə daha çox müxtəliflik olmalıdır.

“Kabinet təyin olunandan sonra nazirlərin sayı 27-dən 21-ə düşdü. Bu müsbət bir addımdır. Amma kabinetdə yeni simalar çox deyil. Rəhbərlikdə ZANU-PF rəhbərliyindən başqa digər sektorlardan çox insan yoxdur. Amma məncə Zimababvenin tam potensialına çatması üçün, rəhbərliyində müxtəlif fikirlər təmsil olunmalıdır.

ABŞ-ın son onillərdə Zimbabve ilə əlaqələri pisləşib, amma rəsmi Vaşinqton Zimbabve xalqı ilə yaxın münasibət saxladığını bildirir.

“Zimbabve 1980-ci ildə müstəqilliyini əldə edəndən bəri, biz vətəndaşları səhiyyə, qida təhlükəsizliyi, təhsil və iqtisadi imkanları baxımından yardım ilə təmin etmişik,” deyə dövlət katibinin Afrika məsələləri üzrə müavini Stefani Sallivan bildirib. Zimab

XS
SM
MD
LG