Accessibility links

Zimbabvedə prezident seçkiləri keçiriləcək


Zimbabve prezidenti Emerson Mnanqaqva
Zimbabve prezidenti Emerson Mnanqaqva

Zimbabve prezidenti Emerson Mnanqaqva bildirib ki, növbəti 5 ay ərzində ölkənin uzunmüddətli hökmdarı Robert Muqabenin qaçışından sonra ilk dəfə prezident seçkiləri keçiriləcək.

Mnanqaqva bu barədə çərşənbə günü Mozanbikə etdiyi rəsmi səfəri zamanı məlumat verib.

Dövlət qəzeti olan Herald-ın verdiyi məlumata görə, Mnanqaqva Zimbabveni dünyaya demokratik bir ölkə kimi qazandırmaq üçün azad və ədalətli seçki keçirəcəyini öhdəsinə götürüb. Seçkilərin iyul və ya avqust ayında keçirələcəyi gözlənilir.

İnsanlar keçmiş prezident Robert Muqabenin rəsmlərini parlament binasında çıxardır. Nov. 21, 2017
İnsanlar keçmiş prezident Robert Muqabenin rəsmlərini parlament binasında çıxardır. Nov. 21, 2017

Afrikanın cənub ölkəsinə 37 il müddətində rəhbərlik edən 93 yaşlı Muqabe noyabr ayında ordunun təzyiqləri nəticəsində istefa edib.

İnsan haqlarının müdafiəsi qrupları Muqabeni seçkilərin saxtalaşdırılması korrupsiya, işgəncələr və minlərlə siyasi opponentinin qətlinə imkan yaratmaqda günahlandırır.

XS
SM
MD
LG