Zimbabve prezidenti Robert Muqabe ona bazar ertəsi günortaya qədər verilən istefa və ya impiçlə bağlı möhlətə məhəl qoymayıb. Bazar günü televiziya ilə etdiyi çıxışı zamanı o, açıq şəkildə istefa verməyəcəyini deyib.
Bazar günü milyonlarla insan televiziya və radio vasitəsilə Muqabenin 37 illik avtoritar hakimiyyətinə son qoyulacağı barədə xəbəri gözləyərək, bayram etməyə hazırlaşıb.
Muqabenin çıxışı zamanı ZANU-PF partiyasının gələn ay keçiriləcək konfransına sədrlik edəcəyini deməsi çoxlarının göz yaşına səbəb olub.
Muqabe nə istefa barədə, nə də ölkədəki siyasi böhrana hərbi müdaxilə barədə heç nə deməyib.
ZANU-PF Muqabenin iki həftə əvvəl vəzifəsindən kənarlaşdırdığı sabiq vitse-prezident Emmerson Mnanqaqvahası partiyanın yeni sədri elan edib.
Partiya liderləri həmçinin Muqabenin xanımı Qreysi ZANU-PF Qadın Liqasının rəhbərliyi və partiyanın üzvlüyündən kənarlaşdırıb.
Noyabrın 18-də Zimbabvenin paytaxtı Hararedə minlərlə insan küçələrə çıxaraq, devrilmiş prezident Robert Muqabenin istefasına çağırıb.