Accessibility links

Zimbabvenin yeni prezidenti cümə günü and içəcək


Zimbabve parlamentinin spikeri deyib ki, ölkənin uzun müddət lideri olan Robert Muqabenin istefasından sonra Emerson Mnanqaqva prezidentlik vəzifəsinə başlamaq üçün cümə günü and içərək vəzifəsinə başlayacaq.

Bəyanat bu gün Mnanqaqvanın ölkəyə dönməsindən sonra verilib. Sabiq vitse-prezident ölkəni noyabrın 6-da Muqabenin onu vəzifəsindən kənarlaşdırmasından sonra tərk etmişdi.

Parlament spikeri Yakob Mudendanın prezident Muqabenin çərşənbə axşamı istefa barədəki məktubunu oxumasından sonra insanlar paytaxt Hararedə küçələrə çıxaraq, bayram edib.

Amerikanın Səsinin Zimbabve xidməti ilə danışan Harare sakini deyib: “Bu, dönüş nöqtəsidir... Biz zimbabvelilər son dərəcə həyacanlıyıq və Tanrıya təşəkkür edirik. Bizim dualarımıza cavab verilb. Biz 37 il çox əziyyət çəkmişik.”

Xarici Əlaqələr Komitəsinin başçısı Con Kempbel Mnanqaqvanın Muqabe administrasiyasında mühüm rol oynadığını bildirib.

93 yaşlı Muqabe Zimbabveni 1980-ci ildə Britaniyadan müstəqillik əldə etdikdən sonra idarə edən yeganə prezident olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG