Accessibility links

ABŞ-ın Ədliyyə departamenti Zimmerman barəsində sübutların kifayət olmadığı haqda qərar çıxarıb


ABŞ-ın Ədliyyə Departamenti Florida ştatında məhəllə gözətçisi olan Corc Zimmermana qarşı 2012-ci ildə qara dərili gənci güllə ilə vurub öldürməklə bağlı vətəndaş hüquqları ittihamları irəli sürməyəcək.

Ədliyyə Departamenti yayımladığı bəyanatda bildirib ki, sübutlar Zimmermanın federal qanunla nəzərdə tutulmuş nifrət zəminində cinayət ittihamlarının irəli sürülməsi üçün kifayət deyil.

Ağ irqə mənsub Corc Zimmerman qara dərili Treyvon Martini 2012-ci ilin fevral ayının 26-da vurub öldürüb. Hadisə Treyvon Martinin Florida ştatının Sanford şəhərində dükandan qohumlarının evinə qayıdarkən baş verib.

Corc Zimmermana 2013-ci ilin iyul ayında hakim tərəfindən bəraət verilib. Qətl hadisəsi ABŞ-da etirazlara və irqlərlə bağlı müzakirələrə səbəb olub.

ABŞ-ın baş prokroru Erik Holder bildirib ki, Birləşmiş Ştatlar belə hadisələrin bir də baş verməməsi üçün konkret addımlar atmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG