Accessibility links

Amerika zooparklarında heyvanlar özlərini təbiətdəki kimi hiss edir [Video]


Amerika zooparklarında şərait
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Birləşmiş Ştatların çox yerində havalar soyuq keçir. İnsanlar şaxtadan qorunmaq üçün əyinlərini qalın geyə, və ya evdə qala bilir. Lakin zooparkdakı heyvanlar istidən olduğu kimi, soyuqdan qa qorunmalıdır.

Milli Zooparkdakı bu panda qarı ilk dəfədir görür. “Onlar qarı sevir. Onların qarda oynamaqdan xoşu gəlir” deyə, zooparkın baş tədqiqatçısı bildirir.

Tədqiqatçı-alim Don Mur deyir ki, pandalar Vaşinqtonun istər soyuq, istərsə də isti havasına dözür. Buna səbəb isə buradakı temperaturun onların vətənləri ilə eyni olmasıdır. “Bu pandalar Çinin qışda çox soyuq, yayda isə 30-selsi temperaturlu dağlarından gətiriliblər.”

Vaşinqtonun soyuq, yağmurlu günlərində pandalara sığınacaq lazım olmur. Onların saxlandığı yerə təbiətdə olduğu kimi, daş, su və bambuk birkisi yerləşdirilib. Pandalar yalnız bambuk yeyir. Bambuk onları isti havada qoruyur. “Yay fəslində onlar bu bitkinin kölgəsinə sığınır. Onlar üçün hovuz da var. İsti havada biz oraya buz tökürük.” deyə, alim bildirir.

Onlar daşların arasına da sığına bilir, oradakı kondinsionerlər onları sərinləşdirir. Pandaların saxlandığı yerdə il boyu temperatur 20-21 dərəcə olur ki, bu temperaturda onlar özlərini rahat hiss edir.

Asiya filləri isə ilıq temperatura uyğunlaşıb. Lakin bədənlərinin temperaturu soyuq havada da onları qoruya bilir. Burada düzəldilmiş cığırlar onların hərəkət etmələrinə, bədən quruluşu isə istidən müdafiə olunmalarına yardım edir. “İnfra-qırmızı qızdırıcılar onları isidir. Fillər arxa ayaqlarının üstündə 6 metr hündürlüyə qalxa bilir. Beləliklə biz onları radiant qızdırıcılarla qoruyuruq.”

Burada isti və soyuq verən kondinsionerlər yerləşdirilib. Filterli tavanlar isə onları günəşdən qoruyur. Tədqiqatçı alim Mur deyir ki, qumun altına yerləşdirilmiş geo-termal borular heyvanlar üçün temperatur qaydasında saxlayır. “Geo-termal sərinləşdiricilər torpağın altından keçərək, yeri 21 dərəcə temperaturda saxlayır və bu da fillərin rahatlığını təmin edir. Bu, onların ayaqları və oynaqlarının sağlam olması üçün vacibdir.”

Çox isti olduqda isə fillər hovuza girə, hətta duş qəbul edə bilirlər. “Duş qəbul etmək üşün fil ayağı ilə yerdəki daşa büsır və su gəlməyə başlayır. Su nə soyuqdur, nə də isti, lazım olan temperaturdadır.”

Əlbəttə ki, bu zooparkdakı 400-ə yaxın müxtəlif heyvana yaşadıqları təbiətə uyğun şərait yaradılıb və hansısa hava şəraiti onları narahat etmir. “Biz onları süni yağış və müxtəlif işıqlandırmalarla təmin edirik. Yağış və rütubət tropic heyvanlar üçün çox vacibdir.”

Alim deyir ki, Milli Zoopark rəhbərliyi oradakı heyvanların özlərini təbiətdəki kimi hiss etmələrini istəyir.

XS
SM
MD
LG