Mərkəzi Kəşfiyyat Agentliyinin (FBİ) hökumətin Zoom videokonfrasns tətbiqetməsinin gizliliyi və təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, ABŞ ordusu və hökumət içiləri rəsmi iş üçün bu applikasiyadan istifadfə etməyə davam edir. Ekspertlər bunun məxfi məlumatların sızması riskini artırdığından narahatdır.
Koronavirus pandemiyası başlayandan bəri Zoom-dan istifadə artıb. Belə ki, ölkə daxilində minlərlə ofis işçisi video zəngləri tez bir şəkildə təşkil etmək üçün bu pulsuz tətbiqetmədən istifadə edir.
Mərkəzi Kəşfiyyat Agentliyinin aprelin 1-də hakerlərin Zoom kimi video-konferans proqramlarındakı nöqsanlardan istifadə edərək "həssas məlumatları oğurlamaq, maliyyə əməliyyatlarını həyata keçirən şəxsləri və müəssisələri hədəf ala biləcəyi" barədə xəbərdarlığına baxmayaraq federal hökumət də bu proqramdan istifadə etməyə davam edib.