Bütün ABŞ boyu müsəlmanlar ölkə tarixində ən dəhşətli kütləvi silahlı hücumu həyata keçirən şəxsə qarşı çıxışlar edir və anım mərasimlərində iştirak edirlər.
Ramazan ayıdır. Bu ay müsəlmanlar üçün oruc tutmaq, həm də düşünmək zamanıdır. Bu il isə Ramazan ayında ABŞ-dakı müsəlmanlar inanır ki, indi artıq onların səslərini ucaltması vaxtıdır.
Əgər sən dindarsansa və ürəyində yaradana sevgi varsa, burada nifrətə, cinayətə yer ola bilməz. Bu insanlar cinayətkardır. Onlar məqsədlərinə çatmaq üçün hər hansı səbəb irəli sürə bilərlər.Hüseyn Gül
“Biz bu əməli birmənalı olaraq qınayırıq,” deyə Cənubi Kaliforniya İslam Mərkəzindən Hedab Tarifi bildirir.
Onlar Ömər Saddiqi Mətinin əməlini qınayırlar. Dövlət orqanları Mətinin Orlandodakı gecə klubuna hücumu zamanı İslam Dövləti qrupuna sədaqət andı verdiyini bildirib. Los Ancelesdən tutmuş Vaşinqtonadək Amerikanın hər yerində müsəlmanlar deyir ki, hücumçunun əməlləri onların müsəlman inanclarını əks etdirmir.
“Əgər sən dindarsansa və ürəyində yaradana sevgi varsa, burada nifrətə, cinayətə yer ola bilməz. Bu insanlar cinayətkardır. Onlar məqsədlərinə çatmaq üçün hər hansı səbəb irəli sürə bilərlər,” deyə Virciniya sakini Hüseyn Gül bildirib.
Las Veqasda ABŞ Konqresinə namizəd olan müsəlman amerikalı Cessi Sbey silahlı şəxsin onu təmsil etmədiyini deyir.
“O insan məni əks etdirmir. Ona görə də mən o insana və ya onun əməllərinə görə üzr istəməli deyiləm. Müsəlman icması olaraq biz bu ölkədəki hər bir kəs kimi şokdayıq, məyus olmuşuq və çox kədərliyik,” deyə o bildirib.
Orlandoda Tariq Rəşid silahlı şəxsi “ağıldan kəm” adlandırır.
“Biz onu müsəlman adlandırmamalıyıq, çünki müsəlmanlar öldürmür. Müsəlmanlar sülh işində yaşayan insanlardır. Quran fəqrli icmaların həyat tərzlərinə hörmət etməyi öyrədir.”
Vaşinqtonda keçirilən anım mərasimində homoseksual müsəlmanlara mesaj göndərilib.
“Diqqət müsəlman LGBT-lərə ayrılmalıdır. Onlara söz verilməlidir. Bir müttəfiq olaraq mən onlar üçün platforma yarada bilərəm,” deyə anım mərasiminin koordinatoru Abiha Bilqrami bildirib.
Allaha inanırsansa, insanların bərabərliyinə inanmalısan və hər bir insanın ləyaqətini müdafiə etməlisən.Salam Əl-Marayati
Los Ancelesdə yerləşən Cənubi Kaliforniya İslam Mərkəzi zorakı ekstremistlərə mesajın verildiyi anım mərasimi keçirib.
“Allaha inanırsansa, insanların bərabərliyinə inanmalısan və hər bir insanın ləyaqətini müdafiə etməlisən. Biz bu dini təmsil edirik, sizin istismar etdiyiniz dini deyil. İŞİD, sən rəzilsən,” Müsəlmanların İctimai İşlər Şurasından Salam Əl-Marayati bildirib.
Müsəlman icma liderləri deyir ki, bütün dinlər arasında birliyin olması çox vacibdir. Onlar zorakı ekstermizmin qarşısının alınması və ölkənin yaralarının sağalması üçün əllərindən gələni etməyə söz veriblər.