Accessibility links

Facebook təsisçisi 2016-cı il üçün məqsədini açıqlayıb


Facebook-un təsisçisi Mark Zukerberqin sözlərinə görə, onun yeni ildə qarşısına qoyduğu məqsəd öz evini idarə etmək üçün kompyuterləşdirilmiş robot hazırlamaqdır.

"Mənim 2016-cı ildə özüm üçün sınağım işlərimə kömək etmək və evi idarə etmək üçün sadə AI - Süni İntelekt hazırlamaqdır" - deyə o, öz Facebook səhifəsində yazıb.

Zukerberqin dediyinə görə, o, artıq mövcud olan texnologiyanı araşdırmaqla bu işə start verəcək.

"Daha sonra mən ona öz səsimi öyrədəcəm ki, evdə, musiqini, işıqları, temperaturu və başqa şeyləri idarə etməyi anlasın. Ona öyrədəcəm ki, dostlarım qapının zəngini çalanda onların üzlərini tanıya bilsin" - deyə Zukerberq bildirib.

O, əlavə edib ki, AI həm də onlara yeni doğulan övladları Maksın qayğısına qalmağa kömək edəcək: "Ona öyrədəcəm ki, Maksın otağında nəsə baş versə, bu barədə məni məlumatlandırsın".

Stephen Hawking və Elon Musk AI platforması haqqında narahatlıqlarını bildirərək deyib ki, AI nəhayətdə insanlara qarşı çevrilə bilər.

Zukerberq bu narahatlıqlara belə cavab verib.

"Məncə biz elə AI düzəldə bilərik ki, bizim üçün işləsin, bizə kömək etsin. Bəzi insanlar AI-nin insanlara necə böyük təhlükə olduğunu deyir, ancaq mənə bu, çox uzaq görünür, ən azı epidemik xəstəliklər, zorakılıqlar səbəbilə baş verən fəlakətlərdən qat-qat uzaq görünür".

XS
SM
MD
LG