ABŞ-da Respublikaçıların Milli Qurultayı bazar ertəsi başlanır. Partiya üzvləri Donald Trampın Ağ Evdə ikinci dönəmə prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşdığı vaxtda Tramp dörd gecədir ki, Demokrat rəqibi Co Baydeni hədəf alıb.
Ötən həftə koronavirus pandemiyası səbəbindən çox sayda insanın bir yerdə toplanmasından çəkinən Demokratlar virtual konfransda keçmiş vitse-prezidenti prezidentliyə namizəd olaraq müəyyən ediblər.
Respublikaçılar fərqli ssenari planlaşdırır və bazar ertəsi Şimali Karolinanın şərqi Şarlott şəhərində bir araya gəlirlər. Prezident Trampın bazar ertəsi günortadan sonra Şarlotta gələcəyi və nümayəndələr tərəfindən onun rəsmi olaraq prezidentliyə namizədliyinin irəli sürüləcəyi gözlənilir.
Qurultayın əsas tədbirləri çərşənbə axşamı - cümə axşamı günləri arasında Vaşinqtonda planlaşdırılır. Tramp Ağ Evin cənub bağçasında qurultayın son gecəsində öz namizədliyinin qəbul nitqini təmtəraqlı atəşfəşanlıqla keçirməyi planlaşdırır.
Şarlottda olan nümayəndələr müntəzəm olaraq hərarət yoxlanışından və COVID-19 üçün gündəlik testlərdən keçirlər. Ştatlarını tərk etməzdən əvvəl hər kəsin testdən keçməyi tələb olunub və qurultay boyunca əlaqə izləməsini təmin etmək üçün qurğular taxıblar.
Bazar günü 336 nümayəndə yaxınlıqdakı “Westin” otelində görüşlər keçirdiyindən Şarlott Qurultay Mərkəzinin ətrafında baryerlər qurulub.
Respublikaçıların toplanma sayı azaldılacaq. Amma bu, Demokratlardakı qədər az olmayacaq. Hər iki partiya qurultayında keçən illərdə dörd ildə bir dəfə yığıncaqlar zamanı arenalar və stadionlaru dolduran minlərlə nümayəndə bu dəfə yoxdur.
"Mən arenadan 15 dəqiqəlik məsafədə yaşayıram və onun bir hissəsi olmayacam," Meklenburq mahalının Respublikaçılarının sədr müavini Sara Reidi-Cons Amerikanın Səsinə açıqlama verib.
Bazar ertəsi Trampın spikerləri arasında Cənubi Karolinadan senator və ABŞ Senatının yeganə afrikalı-amerikalı üzvü Tim Skott, Luiziana konqresmeni Stiv Skaliz, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli və prezidentin böyük oğlu Donald Tramp Jr. olacaq.
Bazar ertəsi cədvəlində Missuri ştatının Sent-Luis şəhərindən Mark və Patrisia Makkloskinin çıxışı var. Onlar iyunda evlərinin yanında “Qaraların həyatı mühimdir” etirazçılarının qarşısına silahla çıxaraq ölkə üzrə diqqəti cəlb edən cütlük idi. Bu hadisədən sonra Makkloskilərə silahdan qanunsuz istifadə cinayət ittihamı ilə üzləşir.
Çərşənbə axşamı birinci xanım Melania Tramp həyat yoldaşının adından, böyül ehtimalla Ağ Evdən çıxış edəcək. Dövlət katibi Mayk Pompeo, Kentukki senatoru Rand Pol və Trampın daha iki övladı Erik Tramp və Tiffani Tramp da çərşənbə axşamı çıxış edəcəklər.
Çərşənbə günü qurultayın cədvəlinə Baltimordakı Fort MakHenridən danışan vitse-prezident Mayk Pensin də nitqi daxildir. Fort MakHenri 1814-cü ildə ABŞ-Britaniya müharibəsi zamanı ABŞ himininin sözlərinə ilham vermiş döyüşə səhnə olub.
Digər natiqlər arasında Tennessi senatoru Marşa Blakbörn, Ayova senatoru Coni Ernst və Cənubi Dakota qubernatoru Kristi Noem də var.
Cümə axşamı siyahısına Trampın qəbul nitqindən əvvəl mənzil və şəhərsalma üzrə katibi Ben Karson, Kentukki Senatının çoxluq lideri Mitç Makkonel, Kaliforniyadakı Senatda Respublikaçı lideri Kevin Makkarti, Arkanzas senatoru Tom Koton və Trampın övladlarından İvanka Tramp daxildir.