Azərbaycan prezidenti Amerika dövlət katibi ilə görüşüb

Azərbaycan prezidenti Amerika dövlət katibi ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşüb.
Azərbaycan prezidentinin rəsmi saytı bildirir ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunan görüşdə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Azərbaycanın antiterror koalisiyasının tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakı yüksək qiymətləndirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.