Bakının qarlı-şaxtalı günləri başlayır

Qar

Bakıda şaxta və çovğun gözlənilir
Bu həftənin ikinci yarısında Azərbaycan ərazisində hava şəraitinin pisləşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, qarlı-şaxtalı hava gözlənilir, bəzi yerlərdə yağıntı intensiv xarakterli olacaq.

Bakıda və Abşeron yarımadasında yanvarın 30-31-dən gecə və günorta havanın temperaturu 1-3 dərəcə şaxta təşkil edəcək.

Fevralın 1-2-də havanın temperaturu gecə saatlarında mənfi 4-6 dərəcəyə qədər azalacaq, günorta 0-3 dərəcə şaxta təşkil edəcək. Şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun gözlənilir.

Sinoptiklər yolların buz bağlayacağını proqnozlaşdırır.