Kofi Annanın sülh planının həyata keçirilməsi barədə razılıq əldə edilib

  • Amerikanın səsi

Suriya hökuməti ilə BMT Ərəb Liqasının nümayəndəsi Kofi Annanın sülh planının həyata keçirilməsi barədə razılıq əldə edib. Plana əsasən BMT-nin müşahidəçi missiyası Suriyada vəziyyəti yaxından izləməlidir.
BMT-nin baş katibi Ban Ki Mun Suriyanın arəşkəs razılığına tam şəkildə əməl etmədiyini bildirib. O, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasını 3 aylıq müşahidəçi missiyasına səlahiyyət verilməsinə çağırıb.

BMT-nin baş katibi 300 nəfərlik müşahidəçi missiyasının Suriyanın 10 müxtəlif bölgəsində yerləşdirilməsini təklif edib.

Suriyanın hökumət qüvvələri isə Der Əl-Zur şəhərində hücumları davam etdirir. Britaniyada yerləşən Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, 1 adam öldürülüb, bir necə insan yaralanıb.