El hərəkatının təqdimatı olacaq

El Hərəkatı-logo

Yeni hərəkat müxalif mövqedə dayanır
Martın 12-də Bakıda “El” xalq hərəkatının təqdimatı keçiriləcək. Hərəkata bir sıra ictimai, siyasi, gənclər və qeyri-hökumət təşkilatları daxildir.

Hərəkat müxalifət mövqeyində dayanır. Bir müddət əvvəl məşhur dramaturq Rüstəm İbrahimbəyov onun yaradıldığını bəyan edib. O, yanvarda Amerikanın Səsinə müsahibəsində yeni qurumun bir sıra ictimai qurumları, o cümlədən gəncləri birləşdirəcəyini bildirib.