Accessibility links

Rüstəm İbrahimbəyov: 70-dən sonra nə qorxu? [Audio]


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

“Yeni hərəkatın adı “El” sözü ilə bağlı olacaq”… “Milli Şura cümhuriyyət dövründəki kimi çox işlər görəcək”

Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən biri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Amerikanın Səsi (www.amerikaninsesi.org) radiosuna müsahibəsində ittifaqın ofisində aparılan axtarışın səbəblərindən və elan ediləcək hərəkatdan danışıb.

Rüstəm İbrahimbəyovla müsahibə
please wait

No media source currently available

0:00 0:05:41 0:00

Sual: Dünən Amerikanın Səsinə Skype müsahibənizdən sonra ofisinizdə axtarış aparılıb. Necə qiymətləndirirsiniz? Axtarış müsahibə ilə bağlı idi, yoxsa ümumi bir prosesin nəticəsidir?

Cavab: Mənə elə gəlir ki, axtarış müsahibə ilə bağlıdır. Dünən müsahibə yayıldıqdan
Dünyada neçə min festival var. Bəlkə də on minlərlə festival var. Birinci dəfədir ki, festivala belə təzyiq olunur
sonra bu gün məni qorxutmaq üçün bu qərara gəliblər. Bilirsiniz, mən çox görmüş adamam və bunlardan qorxmuram. Amma, işçilərin çoxu yoxlamaları yaman həyəcanla qarşılayır. Ağlayırlar, həyəcan keçirirlər.

Dünyada neçə min festival var. Bəlkə də on minlərlə festival var. Birinci dəfədir ki, festivala belə təzyiq olunur, belə mənasız və axmaq yoxlamalar aparılır.

Yavaş-yavaş məlum olur ki, bu vergiləri biz heç verməli də deyilik. Biz qeyri-hökumət təşkilatıyıq, qazancımız və festivaldan qazanc məqsədimiz yoxdur. Belə təşkilatlar gəlir vergisindən və bu vergidən də azaddır. Amma, buna baxmayaraq deyirlər ki, pulları verməlisiniz. Qanunları açıq formada pozurlar.

Festivala 120 qonaq gəlib, hamının gözü qarşısında bizim kino xadimləri ilə birgə rayonlara gediblər, Bakıda gəziblər. Hamı bu maşınları görüb, film çəkmişik, videolar var.

Amma, bunlar deyirlər pulları mənimsəmisiniz. Özü də kimlərə deyirlər? İctimai iş kimi, pul almadan 11 festival keçirən insanlara. Onlar 10 festifal keçirib, 11-ci də deyrilər pulları mənimsəmisiniz. Gülməlidir.

Sual: Necə qiymətləndirirsiniz? Bu sifarişdir və ya sifarişi kim verib?

Cavab: Bu sifarişdir. Sifarişi verən də iqtidardır. İndi konkret kim olduğunu deyə bilmərəm. Amma, mən danışanda iqtidara və Azərbaycandakı mövcud duruma çox mənfi qiymət verirəm. Ona görə də bununla konkret kim məşğuldur deyə bilmərəm. Mənə elə gəlir ki, ən yüksək səviyyədə bunlara komanda gəliib ki, bu işləri görürlər.

Sual: Belə təzyiqlər, təsirlər Sizi “ölkədə islahatlara ehtiyac var” bəyanatınızdan geri çəkilməyə vadar edə bilərmi?

Bu məsələdə axıradək gedəcəm

Cavab: Xeyr, xeyr, əksinə, əksinə! Mənim mövqeyim şəxsi işlərimlə bağlı deyil. Mövcud durumla tanışam və ona görə bu qərara gəlmişəm. Bu səbəbdən də qara camaatın başına gətirilənlər indi mənim başıma gətirilir. Bilirəm ki, bu məsələdə axıradək gedəcəm.

Sual: İctimai fikirdə səslənir ki, Ziyalılar Forumu gələn həftə yeni hərəkat elan edəcək. Hərəkat nə vaxt elan ediləcək və adı necə olacaq?

Xalqımız “El” sözünə çox hörmətlə yanaşır. Doğrudan da bu, el hərəkatı olacaq. Əsas məqsədimiz əhalinin susan qismini fəallaşdırmaqdır ki, seçkidə iştirak etsin

Cavab: Hərəkatın adı “El” sözü ilə bağlı olacaq. “El” hərəkatı və ya başqa bir söz də əlavə edilə bilər. Kimlər isə deyir ki, bu Eldar Namazovun adı ilə bağlıdır və bu zaman gülürəm. Deyirəm ki, bizdə Eldəniz Quliyev də, Elşad da var.
Ümumiyyətlə, xalqımız “El” sözünə çox hörmətlə yanaşır. Doğrudan da bu, el hərəkatı olacaq. Əsas məqsədimiz əhalinin susan qismini fəallaşdırmaqdır ki, seçkidə iştirak etsin.

Sual: Hərəkatı gələn həftə elan edəcəksiniz?

Cavab: Bəlkə bir həftə və ya iki həftə vaxt aparacaq. Amma, bu yaxınlarda hərəkatın ofisi açılacaq.

Sual: Belə görünür ki, adı “El” olacaq?

Cavab: Bəli, adı “El” sözü ilə bağlı olacaq. Bəlkə nə isə dəqiqləşəcək. Amma “El” sözü mütləq olacaq.

Sual: Əsas strategiyası necə olacaq?

Cavab: Bizim əhalinin çox böyük qismi ictimai və siyasi həyatda fəal iştirak etmir, seçkilərə gəlmir. Ona görə də bölgələrdə və rayonlarda da bölmələrimiz olacaq. Camaatı seçkidə iştiraka çağıracağıq.

Elə Milli Şura yaradacağıq ki, cümhuriyyət vaxtında olduğu kimi çox məsələləri həll edə bilsin. Milli Şura prezidentliyə vahid namizədi irəli sürəcək

Bundan öncəki statistika deyir ki, seçkidə iştirakçıların sayı 25 faiz, bəzən isə ən çoxu 30 faiz olur. Çalışmalıyıq ki, bunu artıraq, seçki seçki olsun və seçkidə iştirak edən yeni adamlar bizim elektorat olsun.

Bu işlərdən sonra məqsədimiz var ki, Milli Şura yaradaq. Elə Milli Şura yaradacağıq ki, cümhuriyyət vaxtında olduğu kimi çox məsələləri həll edə bilsin. Milli Şura prezidentliyə vahid namizədi irəli sürəcək. Bu vahid namizəd hamının çoxtərəfli dəstəyini alacaq.

Bundan sonra da Milli Şura fəaliyyətini davam etdirəcək. Biz tərəfdən təqdim edilən prezident iki il müddətində fəaliyyətdə olacaq və bu müddətdə müəyyən islahatlar keçiriləcək. İki il başa çatdıqdan sonra yenidən beynəlxalq normalara uyğun prezident və parlament seçkiləri keçiriləcək.

Sual: Həyatınız üçün təhlükə hiss edirsinizmi və ya varmı?

Cavab: Mən bilirəm ki, bu iqtidardan hər şey gözləmək olar. Ona görə, ehtiyatlıyam. Yəni zəhərləyə də bilərlər, qəza da yarada bilərlər. Amma qorxum yoxdur. 70-dən sonra nə qorxu?

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG