Heritage Foundation-2013: Azərbaycan “qismən qeyri-azad” olaraq qalır

Heritage Foundation

2012-ci ilin İndeksinə əsasən, Azərbaycan “qismən qeyri-azad” ölkə statusu ilə 88-ci yeri tutub. Eyni zamanda, Gürcüstan “bütövlükdə azad” statusu ilə 21-ci, Ermənistan isə eyni statusla 38-ci yeri tutub
Amerikanın İrs Fondu (Heritage Foundation) The Wall Street Journal nəşri ilə birlikdə dünya ölkələrində iqtisadi azadlıq səviyyəsi üzrə ənənəvi illik indeksi açıqlayıb.

İndeks 10 meyar üzrə müəyyən edilib: biznes, ticarət, investisiya, əmək bazarı azadlığı, korrupsiyanın səviyyəsi, vergi rahatlığı və s.

Ölkələr ümumi siyahıda “azad”, “bütövlükdə azad”, “nisbətən azad”, “qismən qeyri-azad”, “tamamilə qeyri-azad” qruplar üzrə cəmləşdirilib.

2012-ci ilin İndeksinə əsasən, Azərbaycan “qismən qeyri-azad” ölkə statusu ilə 88-ci yeri tutub. Eyni zamanda, Gürcüstan “bütövlükdə azad” statusu ilə 21-ci, Ermənistan isə eyni statusla 38-ci yeri tutub.

Reytinqdə birinci yeri Honq Konq, ikinci yeri Sinqapur, üçüncü yeri isə Avstraliya tutur, hər üç ölkə keçən ilki səviyyələrini qoruyub saxlayıb. Sonuncu yerdə Şimali Koreya gəlir.