Qüds-dünya xristianlarının müqəddəs şəhəri

  • Amerikanın səsi

Qüds-dünya xristianlarının müqəddəs şəhəri

Minlərlə xristian zəvvar əsrlərdir Qüdsə gəlib Müqəddəs torpağı ziyarət edir. Qüds bu insanlar üçün müqəddəs dini məbədgahdır.

Zəvvarlar tarixi yerləri və dünyada iki milyarddan çox xristianın dini inanclarının əsasında duran hadisələrin baş verdiyi bu yerləri görmək istəyi ilə Qüdsə gəlir. Bura onlar üçün İsa peyğəmbərin əzab-əziyyətlərə düçar olduğu, çarmıxa çəkildiyi və ölümündən sonra zühur etdiyi yerdir.

Hər cümə günü zəvvarlar Via Dolorosa şəhərində İsa Peyğəmbərin kürəyində xaç çarmıxa çəkilənə qədər getdiyi yolla gedir. Yürüş kilsəsində başa çatır.

İspaniyadan ziyarətə gələn Belen ana deyir ki, Qüds uğrunda gedən sonsuz mübarizə şəhərin böyük əhəmiyyətinin göstəricisidir.

“Bura çox mübahisəli yer olub. Məncə, bu, Allahın bu şəhərdə mövcudluğu səbəbi ilə bağlıdır. Heç bir şəhər bu qədər dağıdılıb, yenidən tikilməyib. Bütün dünyadan buraya ziyarətə gəlirlər. Dünyanın üç monoteist dini buradadır. Bura dünyada çox böyük əhəmiyyəti olan bir yerdir. Şəhər açılmayan bir sirlə əhatə olunub və bizi də buraya cəlb edən odur.”

Son bir neçə ildə zəvvarların sayının artdığı müşahidə olunur. Lakin yerli fələstinli xristianların sayı insanlar münaqişədən qaçdığı üçün azalıb.

Sonuncu dəfə xristianlar şəhər uğrunda Səlib yürüşü zaman müharibə aparıb. Doqquz əsr bundan əvvəl başlayan müharibə zamanı onlar xristianların müqəddəs ibadətgahları ziyarət etməsinə yol açmaq üçün Müqəddəs Torpağı müsəlman hakimlərin alından almışdı.

Bu gün Qüdsdə hər üç dini təmsil olunsa da, xristianlar burada siyasi mövcudluğu olmayan yeganə dini qrupdur. Onlar müqəddəs yerləri ziyarət etmək istəyir.

Frederik Ata Qüdsün qədim hissəsində dini-ilahiyyat məktəbində alimdir. O deyir: “Xristianlıq Qüdsdə meydana gəlib. Xristianlar üçün şəhər çox böyük əhəmiyyət daşıyır, çünki İsa peyğəmbər bu şəhərdə vəfat edib. Bizim yeganə iddiamız var, bu da bu müqəddəs şəhərdə dua etməkdir.”

Belen ana buraya bir neçə dəfə ziyarətə gəlib, özü də deyir ki, imkan olsa bir də buraya gələcək. “Ona görə ki, mənim üçün bura Allahın əl izini qoyduğu yerdir və insanın bundan çox istədiyi bir şey yoxdur. Biz bura Allahın möcuzəsini görməyə gəlirik. Buyara ilahinin surəti və əl izini görməyə, Qüdsü bizi gözləyən göylərdə ziyarət etmək üçün gəlirik.”

Belen ana Qüdsün sülh şəhəri adını qoruyub saxlaya bilməsi üçün dua edir.