Liviyanın Milli Keçid Şurasının döyüşçüləri hücuma məruz qalıb

  • Amerikanın səsi

Liviyanın Milli Keçid Şurasının döyüşçüləri hücuma məruz qalıb

Müəmmər Qəzzafiyə sadiq qüvvələr Milli Keçid Şurasının döyüşçülərinə qarşı raketlərlə hücuma keçib. Bani Valid bölgəsi yaxınığında həyata keçirilən hücum Qəzzafi ilə əlaqəsi olan qəbilə başçıları ilə şura üzvləri arasında keçirilən müzakirə vaxtına təsadüf edir.

Qəzzafinin hökumət üzvləri isə Nigerə üz tutub. Nigerin xəbər agentliklərinin məlumatına görə, general Əli Kana və digər yüksək səlahiyyətli rəsmilər Nigerdə sığınacaq axtaran onlarla adam arasındadır.