Dünya Ana Dili Günü münasibətilə Şərqi Azərbaycan vilayəti Marağa Universitetində türk dili və ədəbiyatı bölümünün açılması tələbi ilə petisiya imzalayan tələbələrin universitetdən qovulmaqla təhdid edildiyi bildirilir.
Bu barədə sosial media, həmçinin Urmiyədə fəaliyyət göstərən Yol Press saytında məlumat yayılıb.
21 fevral Dünya Ana Dili Günü münasibətilə Marağa Universitetində fəaliyyət göstərən “Azərbaycan Tanıtım Ocağının” hazırladığı bir petisiya universitetin təqribən 950 tələbəsi tərəfindən imzalanmışdı.
SEE ALSO: İran universitetlərində türk dilinin tədrisi ilə bağlı problemlərYol Press-in məlumatına görə, bu təşəbbüsün koordinatoru olan tələbə fəal Salar Sərkeşidən “48 saat içində təsfiyə edib universitetdən ayrılması” tələb olunub.
Salar Sərkeşi mövzu ilə bağlı Yol Press saytına belə deyib:
“Keçən il Marağa Universitetində türkcənin 2 kredit seçimli kurs olaraq tədris olunmasına tələbələr geniş rəğbət göstərdi. Biz də universitetdə türk dili və ədəbiyyatı bölümünün açılması üçün qanuni şəkildə 900-dən artıq imza toplayıb universitetin rektoruna verdik. Sonra təhlükəsizlik qurumu mənim tələbə kartımı alıb, dedi ki, 48 saat içində təsviyə edib universiteti tərk etməlisən!”
امروز برای دومین بار بعد از جمع شدن ۹۰۰ امضا در دانشگاه سراسری مراغه به دانشگاه رفتم. برای دومین بار هم حراست در اصلی دانشگاه از ورود من به دانشگاه جلوگیری کرد. رئیس حراست دانشگاه به نگهبانان گفته که من فقط یک روز اجازه دارم به دانشگاه وارد شوم و تسویه کنم.
— Salar (@Salarsarkeshi) February 25, 2019
Sosial mediada yayılan məlumata görə, universitetin təhlükəsizlik qurumu qız yataqxanasında tələbələri universitetdən qovulmaqla təhdid edərək imzalarını geri götürmələrini tələb edib.