Sietl - Kosmik şəhər [İkinci hissə]

Your browser doesn’t support HTML5

ABŞ haqda danışanda Sietl ilk ağla gələn şəhərlərdən biri deyil. Amma buranın ölkənin həm iqtisadi, həm də mədəni həyatına təsiri kifayət qədər əhəmiyyətlidir. Starbucks, Microsoft, Boeing, Amazon şirkətləri, Bil Geyts və Cef Bezos kimi dünyanın ən zəngin insanları, Nirvana qrupu, Cimmi Hendriks kimi musiqiçilər bu şəhərin məhsuludur. Məhz elə buna görə, növbəti səfərimizi ABŞ-ın ən sürətlə inkişaf edən şəhərlərindən biri olan Sietla səfər etdik.