Türkiyə hərbi təyyarələri İraqın şimalında kürd qiyamçı hədəflərini bombalayıblar. Artıq üçüncü gündür ki, ardıcıl olaraq türk təyyarələri sərhədi adlayaraq bombardman əməliyyatları keçirir.
Türkiyə hərbi qüvvələri 85 əlavə hədəfin artilleriya ilə vurulduğunu xəbər verir.
Kürd qiyamçılara qarşı zərbələr PKK-nın türk əsgərlərinə qarşı son hücumlarından sonraya təsadüf edir.
PKK ötən həftə İraqla sərhəd yaxınlığında türk qüvvələrini pusquya salaraq səkkiz əsgəri öldürmüşdü. Buna cavab olaraq baş nazir Rəcəb Təyyib Ərdoğan “səbr kasasının dolduğunu” bildirib.