Milli Şura yekdilliklə İbrahimbəyovun namizədliyini dəstəkləyib. İqtidarda olan YAP İbrahimbəyovun namizədliyini rişxəndlə qarşılayıb
İyulun 2-də Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 84 səs “lehinə”, bir səs bitərəf olmaqla tanınmış dramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb.
Onun namizədliyini DQMŞ icra aparatının rəhbəri və EL hərəkatının rəhbəri Eldar Namazov irəli sürüb.
Gözlənildiyi kimi, R.İbrahimbəyovun namizədliyini Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Liberal partiyalarının nümayəndələri dəstəkləyiblər.
Bundan əlavə, DQMŞ-nin digər üzvləri də R.İbrahimbəyovun namizədliyini dəstəkləyiblər.
Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun da R.İbrahimbəyovun namizədliyini dəstəkləməsi barədə bəyanatı oxunub.
Müsavat Partiyası ətrafında yaranmış şübhələri partiya sədri İsa Qəmbər özü dağıdıb. O, R.İbrahimbəyovun namizədliyinin dəstəkləndiyini bildirib, seçki kampaniyası başlayana qədər onun ölkəyə qayıtmasının vacibliyi barədə partiyanın mövqeyini nəzərə çatdırıb.
Bununla yanaşı R.İbrahimbəyovun prezidentliyə namizədliyinin rəsmi qeydiyyatına qədər İ.Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə Müsavat Partiyası Məclisinin qərarı qüvvədə qalır.
Müzakirələrdə Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı ilə bağlı səslənən fikrilərə də münasibət bildirilib.
“Milli Şura güclü, xalqın dəstəyinə malik olan qurum kimi öz vahid namizədinin qeydiyyata alınmasına nail olmalıdır. Bu baş vermədiyi halda ümumxalq etiraz aksiyalarına start verməlidir” , deyə Seymur Həzi qeyd edib.
Sessiyada mitinq komitəsinin yaradılması məsələləri də diqqət mərkəzində olub.
Bununla yanaşı Milli Şura keçid dövrü və DQMŞ-nin vahid namizədinin öhdəlikləri haqqında memorandumu qəbul edib.
Memorandum aşağıdakı 11 bənddən ibarətdir:
Sənədin preambulasında deyilir ki, ölkədə azad, ədalətli və demokratik seçki mühiti yaratmaq, hakimiyyətin demokratik və hüquqi əsaslarla formalaşdırılmasını təmin etmək, ictimai-siyasi qurumlar arasında konstruktiv əməkdaşlıq mühitinə nail olmaq məqsədi ilə bu sənədi imzalayan şəxs 2013-cü il prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi kimi üzərinə aşağıdakı öhdəlikləri götürür:
1. Səlahiyyət müddətinin iki illə (keçid dövrü) məhdudlaşdırılacağı ilə razılaşmaq;
2. Cəmiyyətin potensialı və Demokratik Qüvvələrin kadr bazası əsasında geniş koalisiyalı müvəqqəti və DQMŞ-in etimad göstərdiyi “Milli Etimad Hökuməti” formalaşdırmaq;
3. Referendum (ümumxalq rəy sorğusu) yolu ilə:
- 2013-2015-ci illər ərzində (keçid dövrü) konstitusiya və seçki islahatları aparmaq, prezident hakimiyyətinin məhdudlaşdırılması, parlamentin və hökumətin səlahiyyətlərinin genişləndirilməsi yolu ilə hakimiyyətin qolları arasında tarazlığı, eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək;
- 2014-cü ilin yanvarında parlamenti buraxmaq;
Proporsional seçki sistemini bərpa etmək və qarışıq seçki sistemi əsasında yeni parlament seçkiləri keçirmək;
Yerli özünüidarə orqanlarının səlahiyyətlərini genişləndirmək, şəhər (rayon) icra hakimiyyəti orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq.
4. Qanunvericiliyin beynəlxalq standartlara və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə uyğunlaşdırılması üçün tədbirlər görmək;
5. Ölkədə bütün partiya və hərəkatlar, ictimai birliklərə azad və bərabər fəaliyyət imkanları yaratmaq;
6. Əsas insan hüquq və azadlıqlarının (mülkiyyət, azad sahibkarlıq, azad və ədalətli seçki, ifadə, sərbəst toplaşmaq, dini etiqad və s.) təmin olunması üçün tədbirlər görmək, özəl televiziya və radio kampaniyalarının yaradılması və fəaliyyətinə maneələri aradan qaldırmaq;
7. Siyasi əsaslarla cinayət təqibinə məruz qalmış və məhkum olunmuş şəxslərin hüquqlarının bərpa olunması, cinayət təqiblərinə son qoyulması, həbsdə olanların azad edilməsi və mühacirətdə olanların ölkəyə sərbəst qayıtmaları üçün hüquqi maneələrin aradan qaldırılması;
8. Ölkədə mövcud olan total korrupsiya sisteminin, inhisarçılığın, gizli iqtisadiyyatın aradan qaldırılması və bu səbəbdən hüquqları pozulmuş vətəndaşların, iş adamlarının pozulmuş hüquqlarının, sosial ədalətin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək;
9. Milli Şuranın təsis bəyannaməsinə uyğun xarici siyasət xətti yeritmək, Qarabağ probleminin Azərbaycanın milli maraqlarına uyğun həllinə çalışmaq;
10. 2015-ci ildə prezident seçkilərinin keçirilməsini təmin etmək;
11. 2015-ci il prezident seçkilərində namizədliyini irəli sürməmək və seçki proseslərində tərəfsizliyini saxlamaq.
Milli Şura həmçinin Prezident seçkilərində İlham Əliyevin namizədliyi ilə əlaqədar DQMŞ-nin müraciətini qəbul edib.
Rüstəm İbrahimbəyovun hazırladığı Milli Məclisə, Baş Prokurorluğa və Mərkəzi Seçki Komissiyasına (surəti Avropa Birliyinə, Avropa Parlamentinə, Avropa Şurasına, ATƏT-ə, ABŞ Konqresinə, ABŞ prezidentinə) ünvanlanan müraciətdə deyilir ki, nüfuzlu beynəlxalq təşkilatlar son üç ildə iki dəfə prezident İlham Əliyevi açıq mətnlə “bir nömrəli korrupsioner” adlandırıb.
Sənəddə müxtəlif media orqanlarında dərc edilmiş İlham Əliyev və onun ailə üzvlərinin adına olan Dubaydakı villalar, Panamada, ofşor zonalarda qeydiyyatdan keçmiş və Azərbaycanda fəaliyyət göstərən şirkətlər, İlham Əliyevin Çex vətəndaşı Kojenidən rüşvət alması, sonra onun dövlət vəsaiti hesabına qaytarması və başqa məlumatlara istinad edilir.
“İlham Əliyev seçkilərdə namizəd kimi iştirak etmək niyyətindədirsə dünyanın bütün qitələrində ona və ailə üzvlərinə məxsus olduğu bildirilən firmaların son 5 ildəki maliyyə hesabatını açıqlamalıdır. Çünki bu firmaların əksəriyyəti qeyri-leqal yolla pul qazanıblar”.
Sənəddə həmçinin qeyd edilir ki, ən acınacaqlısı İlham Əliyev qorxduğu opponentlərini “başqa dövlətin qarşısında öhdəliyinin olması” ilə bağlı mücərrəd, dünyanın heç bir hüquqşünasının anlamadığı maddə ilə seçkilərə buraxmaq istəmədiyi halda, özü xarici dövlətlərdən mütləq asılı vəziyyətdədir və üstəlik üçüncü dəfə qeyri-qanuni prezident seçilmək istəyir.
“Bu yolverilməzdir”, o qeyd edir.
İbrahimbəyov Milli Məclisi, Baş Prokurorluğu və Mərkəzi Seçki Komissiyasını sadalanan faktlarla bağlı araşdırmaya başlamağa, ekspertlərdən ibarət komissiya yaratmağa çağırır.
“Əmin olun ki, Milli Şura bu dəfə seçkilərin saxtalaşdırılmasının qarşısını almaq əzmindədir və sizdən öz məsuliyyətinizi dərk edib xalq qarşısında vəzifə borcunuzu yerinə yetirmək tələb edilir”, müraciətdə bildirilir.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) da Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd irəli sürülməsinə münasibət bildirib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA agentliyinə deyib ki, Milli Şuranın bu gün prezidentliyə vahid namizəd kimi Rüstəm İbrahimbəyovu müəyyənləşdirməsinin heç bir əhəmiyyəti yoxdur.
“Bu gün namizədini elan edən Milli Şuranın heç bir əhəmiyyəti olmadığı kimi, perspektivi də yoxdur: Bizim üçün onsuz da onlardan kimin namizəd olmasının heç bir əhəmiyyəti yox idi. Çünki biz YAP olaraq onların heç birini özümüzə alternativ namizəd görmürük. Milli Şura bizim hansısa rayon təşkilatına da alternativ ola bilməz. Çünki onlar ən azı intellektual cəhətdən heç YAP-ın hansısa rayon təşkilatına da çata bilmirlər”.
S. Novruzov hesab edir ki, İbrahimbəyov ölkədə olmaya-olmaya namizədliyinin verilməsi qiyabi namizədlikdir.
“Necə ki, universitetlərdə qiyabi oxuyanlar, axşam şöbəsində oxuyanlar olur, o da elə formada, qiyabi şəkildə namizədliyini verdi. Əyani deyil”, o qeyd edib.